Kadırov Qərbi ikili standartlarda ittiham etdi

10:35 | 12.01.2015
Kadırov Qərbi ikili standartlarda ittiham etdi

Kadırov Qərbi ikili standartlarda ittiham etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov  Avropa ölkələrinin liderlərinin yüz minlərlə əfqanlının, suriyalının, misirli və liviyalının ölümü ilə əlaqədar keçirilən heç bir etiraz yürüşlərinə rəhbərlik etmədiklərini ədalətsizlik hesab edir. Bu barədə o, Kadırovun instaqramında yazılıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəəbr verir ki, Kadırov terror aktlarının dünya dövlətlərinin liderləri tərəfindən qınanmasını alqışlayır, lakin Çeçenistanın rəhbəri qeyd edib ki, onlar bütün dünyada deyil, bir ölkədə baş verən terror aktını qınayıblar.

"Qroznıda Hökumət evi xalq tərəfindən seçilmiş Əhməd Hacı Kadırov və onun tərəfdaşlarının həlak olduğu stadionun tribunalarını partladılanda, Beslanda məktəb zəbt ediləndə, Dubrovkada girov götürüləndə, Qroznıda dekabr ayında Nəşriyyat evini və məktəbi zəbt edəndə onlar niyə susurdular?” – Ramzan Kadırov yazıb.

Çeçen Respublikasının rəhbəri ehtimal edir ki, Fransada terror aktları antiislam əhval-ruhiyyəsinin qızşdırılması üçün planlaşdırılmış aksiyadır.

Kadırov həmçinin ümid edir ki, Rusiya KİV-i Məhəmməd Peyğəmbərin karikaturalarını çap etməyəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb