Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

13:25 | 06.08.2014
Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək. Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki Baş Konsulluğun dəstəyi ilə təşkil olunur. Qeyd edək ki, Q. Qarayevin 1952-ci ildə Nizami Gəncəvinin eyni adlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb