Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

10:37 | 21.06.2019
Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

Kapital Bank-ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 000-dən artıq şagird tədbirdə iştirak edib.
 
Anews.az bildirir ki, 19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.
 
Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri "Birincilərin birincisi” nominasiyasında elan edilib.
 
Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb