Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

16:00 | 26.12.2019
Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

Kapital Bank nüfuzlu beynəlxalq akkreditasiyadan keçib

Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza atıb.
 
Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçib. Əməkdaşların təlim və inkişafına diqqətlə yanaşan, cəlbedici işəgötürən olmaqla bağlı silsilə addımlar atan Kapital Bank, bu istiqamətdə də bir sıra yerli və beynəlxalq layihələr həyata keçirir.
 
Bank 2018-ci ildə özünün İnsan Kapitalı Akademiyasını açıb və hazırda bu akademiya bank sektorunda ən böyük korporativ təlim mərkəzidir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb