Karateçilərimiz dünya çempionatında döyüşəcək

18:24 | 17.06.2014
Karateçilərimiz dünya çempionatında döyüşəcək

Karateçilərimiz dünya çempionatında döyüşəcək

Azərbaycan karateçiləri tələbələrin 9-cu dünya çempionatında iştirak edəcəklər.Azərbaycan Milli Karate Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, federasiya prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Monteneqronun Bar şəhərində nüfuzlu yarışa 7 idmançımız yollanıb.Məşqçilər heyəti kumite yarışlarında Əmir Məcidov (-60 kq), Niyazi Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlıya (+84 kq), kata nümayişində isə Tural Balcanlı və Ədilə Qurbanovanın çıxışına üstünlük verib. Onlar həm də komanda yarışlarına qatılacaq. Məşqçilərdən baş məşqçinin köməkçisi Rəşad Hüseynov Montoneqroya gedib.Tələbələrin dünya çempionatında 2006-cı ildə Nyu Yorkda Rəfael Ağayev (-70 kq) və Amal Atayevin (-80 kq) çempionluğu ilə yüksək nəticələr göstərməyə başlayan azərbaycan karateçiləri, elə həmin yarışda və 2012-ci ildə Bratislavada isə komanda yarışlarının bürünc mükafatçısı olub. Bundan başqa Amal Atayev (-80 kq) 2008-ci ildə Vrostlavda, Ayxan Mamayev (-75 kq) ilə Şahin Atamov 2012-ci ildə Bratislavada, Niyazi Əliyev isə (-67 kq) Budapeştdəki yarışda üçüncü yeri tutub.Karateçilərimiz ayın 23-də Bakıya dönəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM