“Karvan”dakı yanğının sirri - VİDEO

00:03 | 11.10.2014
“Karvan”dakı yanğının sirri - VİDEO

“Karvan”dakı yanğının sirri - VİDEO

Ticarət mərkəzində yanğının 2-ci dəfə olması sahibkarları narahat edirSumqayıt şəhərindəki “Karvan” ticərət mərkəzində mağazaları yanan sahibkarlara külli miqdarda maddi ziyan dəyib.ANS TV-nin məlumatına görə, yanğın baş verən ərazidə ekspertiza işləri aparılır. Ticarət mərkəzində ötən ilki yanğının nədən törəndiyi barədə isə heç bir rəsmi açıqlama yoxdur. Sahibkarları və şəhər sakinlərini də elə bu narahat edir. Narahat edən fərziyyələrsə müxtəlifdir. Sahibkarlar deyirlər ki, yanğın qəsdən törədilib. Ötən ilki yanğından zərərçəkənlərsə iddia edirlər ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən onlara konpensasiya verilməyib. Sadəcə bir il kirayə haqqı verməyəcəkləri ilə razılaşıblar. Sözügedən ticarət mərkəzini rəhbərliyi hadisə yerində yox idi. Yanan mağaza sahiblərinin siyahıya alınması da diqqətimizdən yayınmadı. Siyahıya neçə nəfərin düşməsi barədə dəqiq məlumət verilməsə də, sahibkarların dediklərinə görə təxmini 13 mağaza yanğından zərər çəkib.Hazırda ticarət mərkəzində yanan mağazaların sahibləri yığışıblar. Onlar öz mağazalarına girməyə çalışırlar və idda edirlər ki, bəzi geyim əşyaları yanmayıb. Yanmayanlar isə his içindədi.Sahibkarlar deyirlər ki, yanmayan geyimlər və digər əşyalar isə artıq yararsız hala düşüb.Mağaza sahibi Gülbanı Tağıyeva deyir ki, ona 15 min manatlıq maddi ziyan dəyib, çıxara bildiklərim isə yararsız hala daşıb, hamısı uşaq geyimləridir.Mağaza sahibi Bahar Şərifova isə qeyd edir ki, 52 min manatlıq maddi ziyan dəyib.Dünən gecə yanğın baş verən zaman hadisə yerinə gələn Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də ticarət mərkəzinin ikinci dəfə yanmasını vurğuladı.“Ticarət mərkəzində bu ikinci yanğın hadisəsidir. Hazırda ticarət mərkəzinin yuxarı mərtəbəsində təmir işləri aparılır. Təhqiqatdan sonra hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat veriləcək” – deyə Etibar Mirzəyev bildirib.

Hələlik isə sahibkarlar onlara dəyən maddi zərərin hesablaması aparılır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb