Keçmiş İŞİD-çi qadın dəhşətli anlardan danışdı

11:00 | 05.10.2014
Keçmiş İŞİD-çi qadın dəhşətli anlardan danışdı

Keçmiş İŞİD-çi qadın dəhşətli anlardan danışdı

“İslam dövləti” yaraqlılarının iraqlı əsirlərindən biri öz işğalçıları barədə danışıb. Onun hadisəsini Euronews göstərib. 

 19 yaşlı Əmşinin bildirdiyinə görə, avqustun 3-də o, ailəsi ilə birlikdə yaşayan yezid kəndinə cihadçılar daxil oldular. Onun həyat yoldaşını digər kişilər kimi öldürdülər, o, isə qadın həmkəndliləri ilə birlikdə əsir düşdü.

“Yaraqlılar 10-12 dollara yezid qadınları satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Kim bu davranışa bəraət qazandıra bilər? Ona görə mən indiyədək daimi qorxu içərisində yaşayıram”, - Əmşi deyib. Onu Mosul şəhərinə gətirəndə, o, qaçmağa müvəffəq olub.

Əsirlərindən birinin qızı deyib ki, islamçılar tərəfindən ələ keçirilən onun anası öz telefonu yerə basdırıb ki, onu tapmasınlar. “Cihadçılar müntəzəm axtarışlar aparır və əgər telefon tapılsa, həmin insanı yerindəcə güllələyirlər. Düşünürəm ki, onlar bacımın telefonunu tapıblar: Artıq 12 gündür ki, o bizə zəng etmir”, - o, qeyd edib.

Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək, intihar ediblər, Euronews xəbər verir.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunadək yaraqlılar 2,5 min qadını və uşaqları ələ keçiriblər. İslamı qəbul etməkdən imtina edənlər Mosul və Suriyanın Rakke şəhərlərindəki qul bazarlarına göndəriliblər. 

Trend

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb