Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

12:00 | 28.08.2017
Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

Keniyada hökumət polietilen torbalardan istifadəni qadağan edən qanunu təsdiqləyib.

anews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, polietilen torbaların hazırlanması, satışı, alışı və istifadəsinə görə 38 min ABŞ dollarınadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hökumət bu qadağanın ətraf mühitin qorunmasına kömək göstərəcəyini düşünür.

Eyni zamanda, polietilen torba istehsalçıları qadağa ilə əlaqədar təqribən 80 min insanın işsiz qalacağını iddia edirlər.

Məlumata görə, keniyalılar ayda 24 milyon polietilen paketdən istifadə edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb