Kəpənək muzeyi: Vyananın mərkəzində cənnət guşəsiREPORTAJ

19:09 | 08.12.2015
Kəpənək muzeyi: Vyananın mərkəzində cənnət guşəsi – REPORTAJ

Kəpənək muzeyi: Vyananın mərkəzində cənnət guşəsiREPORTAJ


Rüstəm Qasımov

Avstriyada olsanız, buradakı muzeylərin, qalereyaların, teatrların, tarixi abidələrin, sadəcə memarlıq şedevrlərinin çoxluğu sizi heyrətə gətirəcək. Ancaq bu çoxobrazlılıq içərisində bir yer var ki, ora sizə cənnəti xatırladacaq, bu qeyri-adi muzeyi vyanalılar kəpənək muzeyi və ya evi adlandırırlar. Ənənəvi muzeylərdən fərqli olaraq, bu muzeyin eksponatları canlıdırlar. 

Muzeyi tapmaq çətin deyil, o Vyananın mərkəzində «Am Schmetterlinghaus, 1010 Wien, Австрия» ünvanında yerləşir. Dünyanın ən maraqlı məkanlarından olan Kəpənək evi («Schmetterling Haus») Hovburq saray-park ərazisindəki qapalı qalereyada yerləşir. Bu memarlıq obyekti demək olar ki, sadəcə şüşədən ibarətdir.  

Kəpənək muzeyini ya payızın axırında, ya da qışda, küçədə minus temperatur olanda ziyarət etmək məqsədəuyğundur, bu zaman sizin 3000 kv. metr ərazisi olan muzeyin tropik istixanasında isinmək imkanınız olacaq. Açıq muzey 1993-cü ildə qurulub. Muzeyin daxilində tropik iqlimin zərif və həssas sakinləri üçün xüsusi mikroiqlim yaradılıb. 
Muzeyə giriş 6 avrodur. 

Ziyarətçilər bu muzeydə unikal hadisəyə - kəpənəyin baramadan çıxma prosesinə şahidlik etmək imkanları var. 

Kəpənək evində çox sayda müxtəlif cür tropik bitkilər var, onlar il uzunu çiçəkləyirlər. Bu, çiçəklərin nektarı ilə qidalanan kəpənəklər üçün vacibdir. 

Muzeydəki cığırla hərəkət etsəz, onun düz mərkəzindəki şəlaləyə gəlib çatacaqsız. Taxta pilləkənlər yuxarı körpüyə qalxsanız, bütün istixananı görə bilərsiniz. 
Burada kəpənəklər insanlardan qorxmurlar, bir iki dəqiqə hərəkətsiz dayansaz, kəpənələr gəlib sizin üstünüzə qoyacaqlar. 

Bu muzey naturalistlər və vəhşi təbiət həvəskarları üçün əsl cənnətdir, çünki belə qeyri-adi mənzərəylə qarşılaşmaq üçün mütləq tropik meşəyə getməyə ehtiyac yoxdur, sadəcə Vyananın mərkəzinə baş çəksələr kifayətdir. Muzeydə tez-tez sənədli filmlər üçün çəkilişlər aparılır. Hətta mənim ziyarətim zamanı belə, muzeydə televiziya əməkdaşları işlə məşğul idilər. 

Muzeyin qarşısında balaca kafe var, istəsəniz burada istirahət edə bilərsiniz. Həmçinin yaxınlıqdakı suvenir mağazasından ürəyiniz istəyən əşyanı ala bilərsiniz. Muzeydən fotoları təqdim edirik. 

Xoş seyrlər: 
 














































 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb