Kılıcdaroğlu: "Davudoğluna haqqımı halal edirəm"

20:45 | 05.05.2016
Kılıcdaroğlu:

Kılıcdaroğlu: "Davudoğluna haqqımı halal edirəm"

Kamal Kılıcdaroğlu AKP-nin qurultay qərarını saray çevrilişi adlandırıb

 "Hörmətli Əhməd Davudoğluna haqqımı halal edirəm".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyədə əsas müxalifət -  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu partiyanın İdarə Heyətinin toplantısında bildirib.

Müxalifət lideri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultay keçirməsi haqda qərarını "saray çevrilişi" adlandırıb.

Qeyd edək ki, baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Əhməd Davudoğlu mayın 5-də keçirdiyi mətbuat konfransında hamıdan haqqını halal etməsini istəyib. Ədalət və İnkişaf Partiyasının qurultayı mayın 22-də keçiriləcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb