Kim Çen In Cənubi Koreyaya zərbə imkanını nəzərdən keçirir

13:00 | 05.05.2017
Kim Çen In Cənubi Koreyaya zərbə imkanını nəzərdən keçirir

Kim Çen In Cənubi Koreyaya zərbə imkanını nəzərdən keçirir

Şimali Koreya lideri Kim Çen In Cənub dənizində Çandjo və Mudo adalarında yerləşən artilleriya hərbi hissələrində olub və Cənubi Koreyaya zərbə planını nəzərdən keçirdiyini bildirib. 

ANN.Az xəbər verir ki, bu barədə Şimali Koreya KİV-nə istinadən "Renhap” agentliyi məlumat yayıb. 

Qeyd edilir ki, Cənubi Koreya hərbçilərinin yerdəyişməsinə dair hesabatdan sonra Kim Çen In düşmən obyektlərində yeni qarnizonlara artilleriya zərbəsi planı ilə tanış olub və təlimatlar verib.

Şimali Koreya lideri hərbçiləri tam hazır olmağa çağırıb. 

Daha öncə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreyaya dair qırmızı xətt tətbiq etmək niyyətində deyil. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb