Kiyevdə etirazçılar Nazirlər Kabineti binasını mühasirəyə aldılar

11:03 | 05.12.2013
Kiyevdə etirazçılar Nazirlər Kabineti binasını mühasirəyə aldılar

Kiyevdə etirazçılar Nazirlər Kabineti binasını mühasirəyə aldılar

Ukraynanın paytaxtı Kiyevdə yüzlərlə nümayişçi hökumətin binasının qarşısına toplaşıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyasının iştirakçılarının axının qarşını almaq üçün polislərə məxsus avtobuslar Ali Radanın binasının girişini tam şəkildə bağlayıblar. Verilən məlumatlara görə, mitinq iştirakçıları Ukraynanın Nazirlər Kabinetin qarşısına toplaşaraq, hökümətin istefası tələb edirlər.Nümayiş iştirakçıları artıq Nazirlər Kabinetinin binasının əsas girişini bağladıqları bildirilir. Etirazçılar əllərində "Svoboda" (Azadlıq) partiyasının və Avropa Birliyinin bayraqlarını dağalandırdıqları bildirilir. Eyni zamanda şəhər polisi binda işlərin ləng getməməsi üçün, yan girişləri mühasirəyə alaraq, nazirlik işçilərinin binaya sərbəst giriş-çıxışını təmin edib.Qeyd edək ki, Ukrayna hökümətinin Avropa Birliyi ilə müqaviləni imzalamaqdan imtina etməsindən sonra, avrointeqrasiya tərəfdarları küçələrə axışaraq hökümətin istefasını tələb edirlər. Aksiyalar noyabrın 21-dən başlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb