Kiyevdə ölənlərin sayı 5-ə çatdı

09:49 | 23.01.2014
Kiyevdə ölənlərin sayı 5-ə çatdı

Kiyevdə ölənlərin sayı 5-ə çatdı

Kiyevdə milislə mitinqçilər arasında baş verən toqquşmada ölənlərin sayı 5-ə çatıb. AzNews.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Avromaydan”ın tibb qərargahının koordinatoru Oleq Musiy bildirib. Onun sözlərinə görə, ölənlərdən 4-ü başından və sinəsindən aldığı güllə yarasından dünyasını dəyişib. “Berkut” döyüşçüləri mane olduğu üçün həlak olanlardan iki nəfərinə heç bir tibbi xidmət göstərmək mümkün olmayıb. 5 nəfərin ölümü barədə məlumat hələlik rəsmən təsdiqlənməyib. Qeyd edək ki, bundan əvvəl iki aksiyaçının öldüyü barədə məlumat verilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM