Komada olan Şumaxerdən kompensasiya tələb olundu

18:36 | 22.04.2014
Komada olan Şumaxerdən kompensasiya tələb olundu

Komada olan Şumaxerdən kompensasiya tələb olundu

Yeddiqat dünya çempionu Şumaxer komada olduğu halda ispan motosikletçisi ilə toqquşmaqda təqsirli bilinir.Oxu.Az Ria Novosti-yə istinadən xəbər verir ki, motosikletçinin iddia etdiyinə görə, keçən ilin noyabr ayında Bormuxos şəhərində Şumaxer icarəyə götürdüyü “Audi A4” avtomobili ilə dairəvi yol qovşağında yol hərəkəti qaydalarını pozub.Motosikletçinin sözlərinə görə, bu yol pozuntusu onun motosikletdən yıxılmasına səbəb olub, - bununla əlaqədar o sınmış biləngi, korlanmış saatı və geyimi üçün kompensasiya tələb edib.Polis protokoluna müvafiq olaraq hadisəyə səbəb zəif işıqlandırma olub: YHH 18:50-də günəş batandan sonra baş verib.“Mirror Online” bildirir ki, məhkəmə prosesi sığorta şirkətinin iddianı qəbul etmədiyi halda baş tutacaq.Mixail Şumaxer 2013-cü ildə 29 dekabr tarixində fransız Meribelində xizək sürərkən yıxılıb və başını əzib. 3 yanvar tarixindən 45 yaşı tamam olan Şumaxer Qrenobl hospitallarının birində süni koma vəziyyətindədir. Aprel ayının 6-da idmançının meneceri Sabina Kem bəyan edib ki, Şumaxerdə oyanma əlamətləri sezilib. Eyni zamanda proqnoz verməkdən imtina edib. “Heç bir həkim bu gün proqnoz verə bilməz” – Kem deyib.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM