Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər

23:03 | 29.03.2020
Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər

Koronovirus belə başlayır: Günlər üzrə orqanizmdə baş verənlər

Çində yayılan koronavirus maraqlıdır ki, sonradan yayılan digər ölkələrdə xəstələrdə bir qədər fərqli əlamətlər verməyə başlayıb və ya heç bir ağır simptom verməyib.
Bunun səbəbi kimi virusun artıq ətraf mühit amillərindən zəiflədiyi, insan orqanizminə adaptasiya olması və iki yarım növə mutasiya olunması göstərilir.
Oxu24.com  xəbər verir ki, İtaliyada koronavirus aşkarlanmış qadın virusun ilk əlamətlərini necə hiss etdiyini günlər üzrə yazaraq paylaşıb.
Həmin qeydi təqdim edirik:
1-ci gün:
- Ətrafımda xəstə adam yox idi və mən yoluxmayacağımdan arxayın idim, çox rahat, pozitiv, gümrah hiss edirdim
- Qəsəbənin mərkəzinə gedib evə gəldim və yemək bişirib yedik. Telefonla danışırdım, televizor işləyirdi, hər şey normal, əhvalım yaxşı idi.
- Birdən-birə sanki içimə qəribə hiss çökdü, elə bil pis xəbər alanda, gərginlik keçirəndə insanın qarnı, mədə altı necə sancırsa, dalğa kimi qarnımın ortasından keçdi.
- Yoldaşıma televizoru söndür deyib, divana çöküb, 30 dəqiqə keyimiş kimi əyləşdim.
- Əhvalım elə pisləşdi, heç vaxt olmamış kimi. Qeyd edim ki, bu an koronavirus, karantin, belə şeylər barədə düşünmürdüm, danışmırdıq.
- Özümə güclə çay süzüb içib yatdım
2-ci gün:
Səhər oyananda bu günkü işlərimin ardıyca getmək istəmədiyimi anladım. Tənbəllik məni basmışdı. Yenə heysiz qalxıb ailəni yola saldım, yatdım, günorta yeməyi bişirə bilmədim, telefonla danışıb sabah barədə plan qurdum.
Axşam demək olar, enerjim yox idi.
3-cü gün:
Güclə də olsa evdən çıxmağa məcbur oldum, yolboyu key kimi idim, sanki bədənim mənim deyildi. Ürəyim bulandı
Axşam ürəyim bulandı, yemək yemədim, dərman içdim, ağladım. Yenə də virus ağlıma gəlmədi.
4-cü gün:
Səhər oynaqlarım, biləklərim, dizlərim, çanaqdan aşağı sancmağa başladı. Qrip olacağım ağlıma gəldi. Sanki bədənimi döymüşdülər. Çay içdim və qarnım ağrıdı. Bu gün bütün günü ağladım və ishal olduğumdan evdən çıxmadım
5-ci gün:
Ağrıkəsici və qrip dərmanları qəbul etdim, küçəyə çıxıb gəzdim, ürəyim bulandı, boğazım və dilim tez –tez quruyurdu.
5-ci gün axşam: yoldaşım dözməyib təcili yardım çağırdı. Həkimlər gəldi və müayinə üçün səhər müraciət edəcəyim yeri deyib getdilər.
6-cı gün:
Qızdırmam yoxdur, halsızam, boğazım qıcıqlanır, yemək yemirəm, depressiya, huşsuzluq və ürəkbulanma var.
Müayinə üçün gedirəm, analiz götürülür və koronavirus 3 saat sonra təsdiqlənir.
Həmin gün axşam öskürək başladı, bütün simptomlar ağırlaşdı, bircə qızdırma 37,5 idi.
7-ci gün
bronxlarım, qarnım, belim, oynaqlarım, gözlərim ağrıyır. İçimdə qəribə boşluq var. Müalicəm gedir, deyirlər sağalacaqsan.
Koronavirus belə olur? Bir şeyi anladım ki, o, mənim ilk öncə ruhumu yoluxdurdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb