Kral Abdullah taxtını təhvil verir, amma kimə?

17:16 | 07.01.2015
Kral Abdullah taxtını təhvil verir, amma kimə?

Kral Abdullah taxtını təhvil verir, amma kimə?

Səudiyyə Ərəbistanının kralının səhhətində yaranmış problemı görə taxtından düşməsi ehtimalı gündəmə gəlib.

ANN.Az xəbər verir ki, 91 yaşlı Kral Abdullah bin Abdüləziz ağciyər xərçəngi xəstəliyinə tutulub. Sağlamlığı ölkəni idarə etməyə imkan vermədiyi üçün o, taxtından düşməyə qərar verdiyi deyilir. İddialara görə, kral öz səlahiyyətlərini 2 şəxs arasında bölüşdürür.

Kral daha öncə varis olaraq şahzadə Salman bin Abdüləziz əl Səudini elan etsə də, onda sonradan əmələ gələn demensiya xəstəliyi  (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur. Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq marazmı da deyilir - red.) kralı yeni qərar verməyə məcbur edib.

Kral digər şahzadə Mukrin Bin Abdüləzizi vəliəhd elan edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti