Kürdlərdən İŞİD-ə ağır zərbə

09:46 | 06.01.2015
Kürdlərdən İŞİD-ə ağır zərbə

Kürdlərdən İŞİD-ə ağır zərbə

Terror təşkilatı olan İŞİD böyük neft ehtiyatı olan Zumar bölgəsini tərk etmək məcburiyyətində qalıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, 7 milyard barel neft ehtiyatı olduğu deyilən Zumar bölgəsi kürdlərin hakimiyyəti altına keçib. Bundan əvvəl Kürdüstan Bölgəsi İdarəçiliyi neftlə zəngin olan Dohuk, Ərbil və Kərkük şəhərlərini də İŞİD-dən azad etmişdi. Peşmərgə güclərinin Şenqal əməliyyatı çərçivəsində azad etdiyi Zumar bölgəsinin təbii ehtiyatını kürdlər dünya bazarına çıxaracaq. Artıq bununla bağlı İraq hökuməti ilə razılığa gəlinib. Neftin Türkiyə ərazisi vasitəsilə bazara çıxarılacağı proqnozlaşdırılır.

Zumarın azad olunmasından sonra Kürdüstan Bölgəsinin rəhbəri Neçirvan Barzani dünən bölgəyə gələrək təcili toplantı keçirib. O, "bir həftə ərzində böyük addımlar atacağıq" deyə bəyan edib.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb