Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

18:45 | 13.10.2016
Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür, lakin problemin həllinə yardım etməkdə davam edəcək.

Azvision.az "TASS”-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

"Mən deyərdim ki, biz bu münaqişənin həlli ilə bağlı böyük optimizmə qapılmırıq, ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik”, - deyə Uşakov vurğulayıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM