Körpü Bina Tikinti şirkətinin işçiləri gecə-gündüz işləyir - VİDEO

11:14 | 09.02.2015
Körpü Bina Tikinti şirkətinin işçiləri gecə-gündüz işləyir - VİDEO

Körpü Bina Tikinti şirkətinin işçiləri gecə-gündüz işləyir - VİDEO

ANN.Azın redaksiyasına Kevkab Səfərəliyeva küçəsinin sakinləri tərəfindən məktub daxil olub. Yaşayış mənzillərindən 10-20 metr aralıda yeni binanın tikintisi başlayıb, nəticədə isə ərazidə yaşayan sakinlər dinclikdən məhrum olublar. 

Əvvəllər rayonda işçilər səhərin tezində peyda olur, saat 5-dən xüsusi nəhəng texnikayla işləyirdilər. Ərazidə həftə sonları da vəziyyət oxşardır. Sakinlərin işi dayandırmaq barədə xahişi nəticəsiz qalıb.  

İşçilərin Körpü Bina Tikinti şirkəti üçün çalışdıqları güman edilir, çünki onların bəzilərinin geyimlərinin üzərində bu firmanın adı yazılıb. Şirkətdən məsələylə əlaqədar şərh almaq mümkün olmayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM