Kubadan Azərbaycana ÇAĞIRIŞ

10:45 | 22.12.2016
Kubadan Azərbaycana ÇAĞIRIŞ

Kubadan Azərbaycana ÇAĞIRIŞ

Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır.

Bunu Trend-ə müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Onun sözlərinə görə, Kuba hökuməti investisiyaların qorunmasını təmin etməyə hazırdır.

"Kubada 2014-cü ilin mart ayında xarici investisiyalar haqqında qanun quvvəyə minib. Ölkədə azad iqtisadi zonanın yaradılması elan edilib", - deyə Portuondo bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı investorlara maraqlı ola biləcək sahələrini müəyyənləşdirmək lazımdır: "Azərbaycan öz növbəsində əməkdaşlığın inkişafı üçün Kubaya bir çox sahələr təklif edə bilər. Məsələn, energetika sahəsi Kuba üçün maraqlı ola bilər".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM