• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Afaq Bəşir qızının doğum günüdür

Bu gün Afaq Bəşir qızının doğum günüdür
15.08.2015 11:53
Xalq artisti Afaq Bəşir qızı 60 illik yubileyini qeyd edir.

ANS PRESS-in məlumatına görə, aktrisa doğum gününü ailəsinin və yaxınlarının əhatəsində keçirəcək. Yerli mətbuatla doğum günü ərəfəsində təəssuratlarını bölüşən Afaq xanım doğma teatrı, həmkarları və tamaşaçıları üçün darıxdığını, yeni teatr mövsümünü səbirsizliklə gözlədiyini bildirib. 

Bəşirqızı üçün teatr doğurdan da bir ailədir. 42 il əvvəl ilk dəfə səhnəyə çıxan Afaq Bəşir qızı fəaliyyətini bir vaxtlar atası Bəşir Səfər oğlunun işlədiyi Musiqili Komediya Teatrında davam etdirir. 42 il... Bir igidin ömrü.. Yeri gəlmişkən, Afaq xanım öz yaşını gizlətmir, bəlkə ona baxanda bu rəgəmi heç ağlımıza belə gətirmədiyimizi yaxşı bilir. Bəşir Səfər oğlunun qızı əvvəlki kimi cavan, enerjilidir, çox işləyir və uğurlara imza atmağda davam edir.

İndi bu, qəribə görsənə bilər, amma Afaq Bəşirqızı əvvəllər şərqşunas olmaq istəyib. Müsahibələrindən birində Afaq Bəşir qızı bunun Allahın alın yazısı adlandırıb. "Atamın yolunu mən davam etdirdim. Öz ömrümdə atamın yarımçıq qalan həyatını da yaşamalı oldum. Arzumun əksinə çıxıb aktrisa oldum... Bəlkə də şərqşünas kimi bu həyatda baş girləyə bilməzdim...” (EL jurnalının 107-ci nəşri- red.) 

Beləcə, 1974-cü ildə 19 yaşlı Afaq yolunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən salır. O zamandan bu günə kimi aktrisa teatr və televiziya tamaşalarında bir çox rollar ifa edib – "Bəxt üzüyü"ndə şair Moşu Göyəzənlinin uşaqlarının anası Söylü, "Bala Başa Bəla” tamaçasında Suğra, "Yarımştat”da Ayka. 

Lakin bizim ekranlarda görməyə öyrəşdiyimiz Afaq nə Söylüdür, nə də Suğra. O hələ özünü oynamayıb. Güclü, əzəmətli, qürurlu, heç bir çətinlik qarşısında əyilməyən Afaqı. O Afaqı ki, 14 yaşında atasını itirməklə həyatda bir çox çətinliklərlə qarşılaşdı... Amma sınmadı... Nəinki özünün adını, atası Bəşir Səfər oğlunun adını da daha yüksəklərə qaldıra bildi. 

Amma U.Şekspirin sözlərini unutmayaq : "Həyat bir teatrdır, insanlar isə aktyor”. Afaq Bəşir qızı ən mühüm rolunu elə həyatda oynayır. Sevimli aktrisa, ana, həyat yoldaşı, nənə, pedaqoq olan Afaq xanım yaradıcı fəaliyyətinə görə 35 yaşında əməkdar artist, daha sonra isə xalq artisti fəxri adına layiq görülüb. 2013-cü ildə "Şöhrət” ordeni ilə təltif edilib. Aktrisanı 60 yaşı münasibəti ilə təbrik edən ölkə başçısı İlham Əliyev Afaq Bəşirqızını Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə 
"Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol