• $
  • €
  • ₽
  • ₺
  • £

Tanrı kimi qonaq – MÜSAHİBƏ

Tanrı kimi qonaq – MÜSAHİBƏ
27.11.2015 18:36
 
 
Yalnız insanlarının xüsusi nəzakətiylə seçilən Yaponiyada "Tanrı kimi qonaq” ifadəsi yarana bilərdi. Və bu sözü YUKA Kaiten Sushi-dəki möhtəşəm atmosferə asanlıqla aid eləmək olar. Burada heroqliflər, həsir, bambuk yoxdur, ancaq restarator İradə Məmmədxanova fəhmlə Yapon qışının rəngini tuta bilib, axı Yaponiyada hər bir fəsil özünün xüsusi rəngiylə seçilir. YUKA – qarın, həmişəyaşıl küknarların, səssiz qış səmasının və çox ləzzətli yapon mətbəxinin rəngidir!

- İradə xanım, ət kultunun mövcud olduğu ölkədə yapon mətbəxi açmaq ideyası sizdə necə yarandı? 

-  Gənc nəsildən ideya qoparmaq faydalıdır! Xaricə səyahət edəndə, uşaqlarım Asiya mətbəxini və suşini o qədər bəyəndilər ki, mən onu hazırlamağı öyəndim. Hətta bir ara evimizdə yapon üslubunda yeməkləri improvizə edirdik, yerdən alçaq masada oturur və mənim suşilərimi yeyirdik. Deyəsən, mənim yeməklərim alınırdı, çünki dostlar və tanışlar onları çox bəyənirdi. 

Bir dəfə xaricdə olarkən, yapon restoranlarının birində kayten adlı maraqlı suşi təqdimatını gördüm. Hazır suşilər müştərinin qabağına gəlirdi və o, istədiyini özü seçirdi. Kayten su cığırı, dəmiryolu və hərəkət edən lent formasında ola bilər. Bunu görən kimi ağlıma Bakıda da kayten formasında suşi-restoran açmaq ideyası gəldi, üstəlik bu, bizim şəhərimizdə yenilik olardı. 

- Dizaynın konsepsiyası necə yarandı? 

- Yapon mətbəxinin pərəstişkarlarının sayı gün keçdikcə artır, məsələ təkcə orijinal menyuda deyil, həm də yapon restoranlarındakı atmosferdədir. Yapon restoranlarının interyeri minimalizmi ilə seçilir, artıq detalların yoxluğu, lakoniklik, formanın sadəliyi, xırda zərif detallar xüsusi atmosfer yaradır. Restoranımızda tavanda asılan bütün balıqlar bizim ailəmizin əl işləridir. Əvvəllər onların yerində balaca quşlar vardı, ancaq sonradan onların yersiz olduğuna qərar verdik. 

Ancaq mən bilərəkdən restoranı yapon üslubunda qurmadım. Mən sadəcə istəyirdim ki, ənənəvi yapon mətbəxinin mədəni nöqtəsini yaradım, ancaq bizim mentalitet və dad ənənələrimiz daxil olmaqla. 

Restoranımıza ailələr gələndə, uşaqlar suşi yemək istəyirlər, atalar isə ət xörəkləri sifariş edirlər. Buna görə də biz konsepsiyamızı biraz dəyişmək qərarına gəldik, əgər əvvəllər istisnasız olaraq soyuq yapon mətbəxinə üstünlük verirdiksə, sonradan müştərilərin də istəklərini nəzərə aldıq, mətbəximizə isti yeməkləri, müxtəlif toyuq xörəklərini, ördəkləri, hətta ət suşilərini də əlavə elədik. 

- İdeyanın yaranmasından ərsəyə gəlməsinə qədər nə qədər vaxt tələb olunbu? 

- Təqribən il yarım. İdeya 2012-ci ilin fevralında yaranmışdı, açılış isə 2013-cü ilin mayında baş tutdu. 

- Aşpazlarınızı kim öyrətdi? 

- Restoranımızın açılışına qədər bizdə Berlindən gələn möhtəşəm suşist işləyirdi, uşaqları da o öyrətdi. Onların ustalığı müəyyən həddə çatanda isə qərara aldıq ki, başqa bir mütəxəssis dəvət edək. Mən məsləhətləri dinlədim və Tokiodan bir aşpaza müraciət elədim, altı aylıq danışıqlardan sonra o gəlməyə razılıq verdi və düz bir il bizimlə işlədi. Düzdür, ilk etapda biz isti yeməklərin tamam başqa cür prinsipiylə qarşılaşdıq. İş burasındadır ki, yaponlar termik prosesdən keçməyən ərzaqları üstün tuturlar və demək olar ki, istisnasız olaraq yeməklərə yumurta vururlar, fərqi yoxdur, yemək soyuqdur, yarımistidir, bu isə bizim insanlar üçün qəbuledilməzdir. Ən gülməlisi isə odur ki, yapon aşpaz bizim yeməkləri yeyə-yeyə deyirdi ki, yapon mətbəxi sizin nəyinizə lazımdır, sizin gül kimi mətbəxiniz var!

- Sizin restoranınızda şəhərimiz üçün qeyri-adi desertlər var!

- YUKA-nın desertləri mənim fəxrimdir. Çalışıram müştərilər yapon mətbəxindən – suşilərdən, ənənəvi misodan, çox kəskin ət, toyuq, balıq suplarından, tofdan, o cümlədən ətdən olan müxtəlif yeməklərdən və əla növ steyklərdən mümkün olduğu qədər çox zövq alsınlar. 

Belə ağır nahardan sonra qonaqlara çoxkalorili ağır desert verməyə qıyarıqmı? Ona görə də çalışıram ki, qida düzgün hesablansın. Məsələn, yeməkdən əvvəl, ya sonra mütləq yaşıl çay içmək lazımdır, heç bir halda şirin içkilər olmaz. Yemək bitəndən sonra isə biz müştərilərimizə yüngül və dadlı desertlər təqdim edirik. 

- Yapon yeməkləri üçün ərzaqları hardan alırsız? 

- Bakıda Asiya mətbəxi üçün Avropa şirkətlərindən alınan və keyfiyyətli Asiya ərzağı təklif edən çox sayda ciddi şirkət var. Bir qayda olaraq, suşi üçün balıq xüsusi vakuumlu qablarda gətirilir. 

- Qonaqlarınızı başqa nələrlə təəccübləndirirsiz? 

- YUKA-nın təqdim etdiyi ən faydalı xidmətlərdən biri də şəhərin istənilən yerinə çatdırılmadır. Yeri gəlmişkən, bu xidmət qısa zaman ərzində xeyli populyarlaşdı, çünki heç də hər kəs iş günündən sonra harasa getmək istəmir. 

Gündüzlər isə restoranımız şirkətlər və ofislər üçün çox ciddi şəkildə çalışır. Qablaşdırma məsələsində xüsusi məsuliyyətlə yanaşırıq, ona görə də qabdakı suşimiz iştahanı biraz da qaldırır. 

- Nəyə görə restoranınız üçün şəhərin məhz bu nöqtəsini seçmisiz? 

- Mən əminəm ki, yaxşı restoran gəlib keçənlər üçün olmamalıdır. Biz müştərilərimizə keyfiyyətli və dadlı təamlar təklif edirik, ona görə də bura şəhərin istənilən nöqtəsindən gəlirlər. Bundan başqa, bura çox müasir, gözəl rayondur, burada çoxlu məşhur restoranlar var və ən vacibi maşın üçün duracaq yeri var. 

- Restoranın adını kim fikirləşib? 

- Bizim Almaniyadan olan suşistimiz. Yapon dilində YUKA yemək məsələsində "super-dadlı” mənasını verir. Yaponlar hansısa yeməyi bəyənəndə, YUKA! deyirlər.   

- Bəs müştərilərinizə hansı alkoqollu içkiləri təklif edirsiz? 

- Bizim geniş assortimentimiz var, bir müddət əvvəl şəhərimiz üçün qeyri-adi sayıla biləcək yapon çaxırını da özüm üçün kəşf eləmişəm. Yaponların əksəriyyəti alkoqol kimi sakeni üstün tuturlar, ancaq onlar şərab da istehsal edirlər və bu şərab çox nadir hallarda açıq satışda olur. YUKA-da biz "Çoya-Umeşu” adlanan kəmşirin şərabı təklif edirik, o, yapon gavalısı olan umedən hazırlanır. Şərab yapon mətbəxiylə ideal gedir. 

- Biznes-leydi kimi özünüzü necə hiss edirsiz? 

- Mənim fikrimcə, həyatda heç nə təsadüfən baş vermir, çünki həyatın hər bir mərhələsində əldə etdiyin biliklər və təcrübə sənə çox kömək olur. Namizədlik dissertasiyamın rəhbəri bir dəfə mənə elə bir söz dedi ki, onu birdəfəlik yadda saxladım: "Öz daxili potensialını düzgün qiymətlədirmək çox vacibdir və bir işə balayanda mütləq bilməlisən ki, sən bunun öhdəsindən gələcəksən, ya yox?” Ona görə də yapon restoranı ideyası ağlıma gələndə, mən öz təsəvvürümdə başa düşdüm ki, onu reallaşdırmağıma heç nə mane ola bilməz. Mənim şəxsi hisslərimə qaldıqda isə, heç zaman öz statusum barədə düşünmürəm, mən sadəcə taleyin qarşıma çıxardığı şanslardan yararlanmağa çalışıram.

Yuka Kaiten Sushi bu adresdə fəaliyyət göstərir: 

Bakı, Xocalı prospekti 14, (Xətai metrostansiyasının yanı)

Tel.: (+99412) 498- 55-82, (+99451) 788-10-10


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol