• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Xalça Muzeyindəki narazılıqlar aradan qaldırılıb"

Nazir: "Xalça Muzeyindəki narazılıqlar aradan qaldırılıb"
30.11.2015 12:10
"Xalça Muzeyi ilə bağlı narazılıqlar var idi. Mədəniyyət və Turizm Nazirliyi o nöqsanları aradan qaldırmağa müvəffəq olduq".
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O bildirib ki, Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyeva çox qabaqcıl muzey işçisidir: "Biz hansısa muzeydə narazılıq yaradan hallar görəndə onun qarşısını almalıyıq. İşdə nöqsan olanda onu açıq deməli, qarşısını almalı və lazım gəlsə töhmət də verməliyik".

Nazirin sözlərinə görə, respublikada muzeylərin vəziyyətini təhlil ediblər: "Təhlillər müəyyən irəliləyişlərin olduğunu göstərir. Amma bununla yanaşı tənqidi məqamlar da çoxdur, bütün bunlar bu gün "Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər" mövzusunda beynəlxalq seminarda təhlil olunacaq. Hesab edirəm ki, biz qabağa baxmalıyıq. Daha müasir şəkildə muzeylərin fəaliyyətini təşkil etməliyik, onların işində təkminləşmə getməlidir. Məhz buna görə də biz bu gün bütün muzeylərin əməkdaşlarını bir araya toplamışıq".
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol