• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Bəhmənli: "Vəzifədən azad olunmağım üçün ərizə yazmışam"

Vaqif Bəhmənli: "Vəzifədən azad olunmağım üçün ərizə yazmışam"
29.05.2020 06:42
 Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənli vəzifədən azad olunmaq üçün ərizə yazıb.  

"Report" xəbər verir ki, bunu V.Bəhmənli özünün sosial şəbəkədəki səhifəsində bildirib.  

O, vəzifədən azad olunmaq üçün ərizə yazmasını yaradıcılıq işlərinin çox olması ilə izah edib: "Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar. Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə inanıram".

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report" bildirilib ki, V.Bəhmənli rəsmi olaraq hazırda məzuniyyətdədir: "Vaqif Bəhmənli məzuniyyətdən qayıtdıqadan sonra onun ərizəsi ilə bağlı rəsmi qərar qəbul ediləcək". 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol