• $
  • €
  • ₽
  • ₺
  • £

17 kilometr yolda səyahət – Luvr ziyarəti

17 kilometr yolda səyahət – Luvr ziyarəti
18.01.2016 18:11
Dünyanən ən çox ziyarət edilən qədim Luvr muzeyinin bütün zallarına və qalereyalarına baş çəkmək üçün məhz bu qədər yol qət etmək lazımdır. Ən maraqlısı odur ki, Fransız imperetorları və krallarının dövründə belə nəhng muzeyin bir dənə də olsun tualeti olmayıb. 

Əvvəllər Luvr muzeyinə daxil olmaq üçün uzun növbələrdə durmaq tələb olunurdu, ancaq 1981-ci ildə Fransa prezidenti Fransua Mitteran uzun  nöbələrdən xilas olmaq, modern trurizm infrastrukturu qurmaq üçün muzeyi modernləşdirmək qərarına gəlir və onun təşəbbüsüylə muzeyin girişində şüşədən piramida tikilir. İndiniz özündə belə bəzi avropalılar Napoleon sarayının yanında, Luvrun qəlbində inşa edilən bu ultramüasir piramiya neqativ yanaşırlar, ancaq Fransa inqilabının 200-cü ildönümü münasibətiylə 1989-cu ildə açılan piramida Parisin ən çox baş çəkilən məkanlarından biridir. Bu dahiyanə memarlıq abidəsinin müəllifi, Harvard məzunu, çin əsilli amerikalı Yeo Min Pey-dir. 

Piramidanın sayəsində Luvra giriş qabiliyyəti 4 dəfə artıb, burada bilet kassalarından əlavə, informasiya modulları, soyunub-geyinmə otaqları, suvenir, albom, kitab mağazaları və nəhayət tualetlər fəaliyyətə başladı. Aparılan rekonstruksiya işlərindən sonra insanlar Luvra rahat və xüsusi çətinlik olmadan yerləşə bilirlər. 

Keçən il Luvru 10 milyon insanın ziyarət etdiyini nəzərə alsaq, muzeydə nə qədər insanın marağının olduğunu təsəvvür etmək olar. Açıq desəm, bu qədər insan kütləsi arasında sakitlik, diqqət tələb edən sənət əsərlərinə baxmaq heç də asan məsələ deyil. Ona görə də zalları məqsədsiz dolaşmaq əvəzinə, mən özümçün nəyi görmək istədiyi barədə dəqiq plan cızdım. 

Sovet dövründə məktəb dərsliklərinin sonuncu səhifələrində müxtəlif rəssamların əsərlərinin illustrasiyları vardı. Ancaq mənim ən sevdiyim Delekruanın "Xalqı irəli aparan, Azadlıqdır” illustrasiyası idi. Hələ uşaqlıqdan mən Drezden qalereyasında olmaq istəyirdim ki, atamın sevimli əsəri olan "Skistin Madonnası” əsərini də görüm, nəhayət mən buna nail olanda atamın Rafael və Madonna haqqındakı söhbətlərini xatırlayıb ağladım. Bu, heyratamiz gözəlliklə rastlaşan insanın göz yaşları idi, soyuqqanlı almanlar isə qarayanız adamın şəkli görərkən verdiyi coşğun reaksiyaya baxıb heyrətlənmişdilər. 

Ancaq Delekruanın "Azadlıq” əsərinə baxarkən keçirdiyim hisslər tamamilə fərqliydi – mən gəncliyimi, ölkənin faciəvi çöküşünü, qanlı yanvar hadisələri, barrikadaları, fransız inqilabçıları kimi azadlığa və qardaşdaşlığa can atan qəhrəmanlarımızı xatırladım. Bu şəkil mənim üçün təkcə rəsm əsəri deyil, o mənim dövrümün simvoludur, mən onu Fransızların 500 il ərzində topladığı incəsənət əsərləri arasında, nəhəng kolleksiya içindən tapdım. 

Paris mənə çoxlu təəssüratlar bəxş edib, ancaq onların içərisində ən gözəli Luvr oldu. Muzeyin şöhrəti və nüfuzu o qədər böyükdür ki, Ərəb Əmirlikləri paytaxt Əbu-Dabidə "Ərəb Luvru” yaratmaq istəyirlər və bu tikiliyə Luvr adı vermək üçün hakimiyyət nə az, nə çox düz 1.3 milyard dollar pul xərcləyib!

Bəhram Bağırzadə 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol