• $
  • €
  • ₽
  • ₺
  • £

Astrid Lindgren Azərbaycan dilində

Astrid Lindgren Azərbaycan dilində
05.02.2016 21:33
İsveçin Azərbaycandakı səfirliyindən aldığımız məlumata görə, yazıçı Astrid Lindgren-in əsərləri Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Kitabların tərcümə və nəşr hüququ «Əli və Nino» Nəşriyyat Evinə məxsusdur. Lindgren-in 3 məşhur qəhrəmanı - Karlsson, Pippi və Emil haqqında 9 kitab çap olunub.

Kitabların təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində keçirilib.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə çərçivəsində 610 qaçqın və məcburi köçkün məktəbinin hər birinə A.Lindgren-in 9 ədəd kitabı hədiyyə ediləcək.

Layihə müəllifləri bu aksiyanın qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracağı qənaətindədir.

Səfirlik hesab edir ki, bu layihə həmçinin İsveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatın yayılmasına kömək edəcək.

Layihənin təqdimat mərasimində Lindgren-in kitablarından qısa səhnəciklər nümayiş olunub. Hazırda Gənc Tamaşaçılar Teatrı ilə A.Lindgren-in əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

«Əli və Nino» Nəşriyyat Evinin rəhbəri Nigar Köçəlidən aldığımız məlumata görə isə, kitablarda müəllifin 1945, 1955 və 1964-cü il nəşrlərindəki orijinal illüstrasiyalardan istifadə olunub. Hər biri 1000 nüsxə ilə çap olunan kitabların qalan qismi satışa çıxarılacaq. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol