• $
  • €
  • ₽
  • ₺
  • £

Nəriman Həsənzadənin yubileyidir

Nəriman Həsənzadənin yubileyidir
18.02.2016 20:04
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, dramaturq, əməkdar incəsənət xadimi Nəriman Həsənzadənin doğum günüdür.

"Report" xəbər verir ki, xalq şairi 85 illik yubileyini qeyd edir.

Artıq yubiley tədbirlərinə start verilib. Şairin yubileyi münasibətilə Milli Kitabxanada Nəriman Həsənzadəyə həsr edilən kitab sərgisi açılıb.

Fevralın 23-də isə Azərbaycan Teatr Xadimləri İttifaqında xalq şairinin teatr fəaliyyətinə həsr edilən yubiley tədbiri keçiriləcək.

Qeyd edək ki, Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib.

İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1953-cü ildə həmin universiteti bitirib. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitututunu bitirib.

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 

Nəriman Həsənzadə ömrünün bu çağında da yazıb-yaratmaqla məşğuldur. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol