• $
  • €
  • ₽
  • ₺
  • £

“Səs Azərbaycan”ın qalibi müəyyənləşib

“Səs Azərbaycan”ın qalibi müəyyənləşib
06.03.2016 10:30
AzTV-nin efirdə yayımlanan "Səs Azərbaycan" yarışmasının böyük final gecəsi keçirilib.
 
APA-nın məlumatına görə, yarışmada xalq artisti Faiq Ağayevin tələbəsi Hüseyn Abdullayev, Manana Çaparidzenin tələbəsi Səmra Rəhimli, əməkdar artist Tünzalə Ağayevanın yetirməsi Samirə Əfəndiyeva, xalq artisti Mübariz Tağıyevin komandasından Emiliya Yaqubova mübarizə aparıb.
 
Canlı yayımdakı çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edib. Üç finalçı hərəsi ayrı-ayrılıqda səhnədə yekun mahnılarını təqdim edib. Yarışmanın sonunda isə tamaşaçılar "Səs Azərbaycan”ın adına aydınlıq gətirib və 90 min 283 səslə Emiliya Yaqublu layihənin qalibi olub. Qeyd edək ki, mükafat məbləği 30 min manatdır. 
 
Qalib iştirakçı təəssüratlarını tamaşaçıları ilə bölüşüb. O qeyd edib ki, layihədə iştirak etmək onun üçün böyük təcrübə olub: "Səs Azərbaycan" bizim üçün böyük səhnə oldu. Sənətinə böyük hörmətimiz olan insanlardan musiqinin sirlərini öyrəndik. Əlbəttə çox sevincliyəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".  

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol