• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın həftəsonu repertuarı

Musiqili Teatrın həftəsonu repertuarı
14.04.2016 20:28
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 3 gün ərzində 5 tamaşa nümayiş olunacaq.
 
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, söhbət 15, 16, 17 aprel tarixlərində saat 12.00, 16.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qızıl toy” (O. Kazımi, R. Heydər), "Yatmış gözəl və cırtdanlar” (Ş. Pero) və "Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) tamaşalarından gedir. Tamaşaçılar 3 gün ərzində nümayiş olunacaq bu səhnə əsərlərində sevimli aktyorlar – Əməkdar artistlər Şövqi Hüseynov, Svetlana Bulax, Novruz Qartal, Naidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə,  aktyorlar Nadir Xasıyev, Marina Litvinenko, Ağaxan Şərifov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Rauf Babayev, Nadejda Povelitsina, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Elçin İmanov, Elməddin Dadaşov, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Gülnarə Əzizova, Nicat Həbibov, Zarina Qurbanova və başqalarının ifalarını izləyə biləcəklər.
 
Qeyd edək ki, Musiqili Teatr bu həftə də balaca və rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 16 aprel saat 12.00-da R. Şəfəq və V. Ziminin "Yağış göbələyinin macərası” əsəri rus dilində, 17 aprel saat 12.00-da Ş. Peronun (səhnələşdirəni A. Sadıqov) "Yatmış gözəl və cırtdanlar” tamaşası isə Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu səmərəli keçirmək istəyən və həftəni xoş notlarla başa vurmaq arzusunda olan hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol