• $
  • €
  • ₽
  • ₺
  • £

Daxildən baxış: Londonun elm muzeyi - REPORTAJ

Daxildən baxış: Londonun elm muzeyi - REPORTAJ
22.04.2016 17:57
Rüstəm Qasımov

Bu gün biz sizinlə Londonun Cənubi Kensinqton rayonunda yerləşən Viktoriya dövrünə aid üç əsas muzeydən biri sayılan Elm muzeyinə baş çəkəcəyik. Belə məşhur muzeydə bizi nə gözləyir? Çox şey - ekspozisiyaya 300 000 eksponat daxildir və onların əksəriyyəti unikaldır. 

Elm muzeyi 1857-ci ildə Krallığın digər muzeylərinin artıqları əsasında qurulub. Muzeyin hazırda yerləşdiyi bina şotland memarı Riçard Ellison tərəfindən inşa edilib, ziyarətə isə müntəzəm olaraq 1919-ci ildən 1928-ə qədər açıq elan edilib. 2007-ci ildən muzeydə interaktiv fizika sərgiləri keçirilir. Onların sayı yüzə yaxındı, ziyarətçilər elə burada oturmaqla bütün fizika hadisələrini müşahidə edə bilərlər. Muzeyin unikal cəhətlərindən biri də budur. 

Muzeydə hər bir zal bir mövzuya həsr olunub və hər birinin çox geniş eksponat çeşidi var. Məsələn, muzeydə bütün dövrlərə məxsus saatlar var - Misirdən, Romadan tutmuş müasir konseptual modellərə qədər. 

Ancaq muzeyin ən vacib cəhəti onun maarifləndirici xüsusiyyət daşımasıdır. Muzeydə demək olar ki, bütün esponatlara əllə toxunmaq, düymələrə basmaq, təkərləri fırlatmaq mümkündür. Muzeydəki bu xüsusiyyət əsasən uşaqlar üçün çox vacibdir, onlar bu imkandan böyük zövq alırlar. Ona görə də muzey bütün yaşlarda uşaqlar üçün çox maraqlıdır. 

Muzeyin daxilində olan turist sayı da insanı heyrətləndirir, onlar sanki muzey binasını işğal ediblər. 

Elmi, təhsili, maarif və mədəniyyəti təbliğ edən ANN.Az xəbər portalı oxucularına dünyanın müxtəlif muzeylərindən, sərgi salonlarından, maraqlı məkanlarından reportajar təqdim etməkdə davam edir. Bu dəfə oxucularımıza Londonun elm muzeyindən fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 










































































www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol