• $
  • €
  • ₽
  • ₺
  • £

"Bəyaz zanbaqlar ölkəsində" artıq Azərbaycanda

"Bəyaz zanbaqlar ölkəsində" artıq Azərbaycanda
25.04.2016 14:19
Aprel ayının 24-də Milli Fikir Mərkəzinin (MFM)  təşkilatçılığı ilə  rus yazıçı Qriqoriy Petrovun "Bəyaz zanbaqlar ölkəsində” kitabının təqdimatı keçirilib.

Modern.az xəbər verir ki, "Bəyaz zanbaqlar ölkəsində” Milli Fikir Mərkəzi və "Kitabıstan” yayınlarının ilk kitabıdır.
Yazıçı əsərdə ilk öncə İsveçin, sonra isə Rusiya İmperiyasının əsarətində olan Finlandiyada ziyalılarının başladığı aydınlanma hərəkatından, ölkənin inkişafından bəhs edir.

Təqdimat mərasimini giriş sözü ilə "Kitabıstan”ın koordinatoru, yazar Nicat Həşimzadə açıb. O, kitab haqqında qısa fikirlərini bildirib:

"Təəssüflər olsun ki, Azərbaycan gəncliyi Kamyunun "İnsanlar ölür və xoşbəxt deyillər” fikrini öz həyat məqsədlərinə çeviriblər. Onlar nihilizmə qapılırlar. Biz onları xilas etməliyik. Bu kitab əzilməkdə, batmaqda olan bir xalqın inkişaf yollarını göstərir.

Mənim üçün ən maraqlı gələn obrazlardan biri Keşiş Luka McDonald idi. O, öz dövrünün din adamlarına qarşı çıxır və bildirir ki, dində islahatlar olmalıdır. Bu, bizdə də vacib məsələdir. Bu kitab insana çıxış yolu göstərir”.

Daha sonra Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə söz verildi. O, bu kitabın Milli Fikir Mərkəzinin yaranma amalını izah etdiyini bildirdi:

"Bu kitab bir xalqın ziyalılarının əl-ələ verərək ölkələrini və xalqlarını bataqlıqdan çıxardığını göstərir. Bir xalqı onun aydın düşüncəli insanları, ziyalıları xilas edə bilər. Finlandiyada sahibkarlar da öz xalqı üçün çalışan ziyalılara dəstək verirdi. Beləcə çöküşə sürüklənən bir ölkə indi bizim adını ilklərdə eşitdiyimiz dövlətə çevrilib.

"Bəyaz zanbaqlar ölkəsində” həm də Milli Fikir Mərkəzinin yaranma amalını göstərir. Bizim başlıca məqsədimiz gənclərimizin oxuması və öyrənməsidir”.

Kitabın təqdimatında iştirak edən digər qonaqlara da söz verildi. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov Finlandiya-SSRİ müharibəsi haqda danışdı və bildirdi ki, iki milyon əhalisi olan ölkə bir il SSRİ ilə müharibə apardı:

"Bunların hamısı vaxtında başladılmış və müsbət nəticələnən aydınlanma hərəkatının nəticəsidir”.

Azərbaycan Avropa Hərəkayının prezidenti Ramin Hacılı belə tərcümələrin Azərbaycan gəncliyi üçün müsbət nümunə olduğunu bildirdib.

Milliyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşviq Vəliyev kitab haqqında müəyyən qədər məlumatı olduğunu deyib:

"Bu kitab SSRİ-də qadağan olunub. İndi də Azərbaycanda sovet təfəkkürlü insanlar yaşayır. Bu kitabın tərcüməsi intellektual kəsimin onlarla mübarizə aparması üçün müsbət addımdır”. 
Mətbuat Şurasının üzvü, jurnalist Azər Həsrət bildirdi ki, gənclərin kitab tərcümə etməsi, təbliğat aparması cəmiyyətin inkişafı üçün müsbət addımdır:
"Mən həmişə demişəm ki, insan yazmalıdır, ona təsir edən kitabların tərcüməsi, digər insanların da bu kitabı oxuması üçün çalışmalıdır”.

D18 Hərəkatının sədri Ruslan İzzətli söz alaraq cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün atılan addımları alqışladığını deyib.

Kitabın təqdimatında media nümayəndələri, yazarlar, müxtəlif təşkilatlardan olan və müstəqil gənclər iştirak edib.

Qeyd edək ki, Qriqoriy Petrovun "Bəyaz zanbaqlar ölkəsində” əsəri bir çox ölkədə ən çox oxunan kitablar siyahısına düşüb. Bundan başqa Atatürk bu kitabı türk dilinə tərcümə etdirərək hərbi məktəb və akademiyaların tədris planına salınması üçün göstəriş verib.

Kitabı ilk dəfə Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol