• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski”də yerli əhəmiyyətli 18 abidə aşkar edilib - FOTOLAR

“Sovetski”də yerli əhəmiyyətli 18 abidə aşkar edilib  - FOTOLAR
18.05.2016 14:55
Bakının "Sovetski” adı ilə tanınan yaşayış ərazisinin ləğv edilməsi ilə əlaqədar burada yerləşən memarlıq binalarının taleyi şəhər ictimaiyyətini narahat edir.

Məlum olduğu kimi, artıq mayın 14-də M.Əliyev küçəsindəki 115 saylı memarlıq binası uçurulub. Vaxtilə bu binada Azərbaycan teatrının görkəmli xadimi A.M.Şərifzadə yaşayıb. 1910-cu ildə tikilmiş bu bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya yerli əhəmiyyətli memarlıq abidəsi kimi daxil edilmişdi.

Hazırda isə daha iki memarlıq binasının taleyi sakinləri narahat edir. Bunlar, M.Muxtarov küçəsindəki 83 saylı və M.F.Axundov küçəsindəki 103 saylı binalardır. Son aylar hər iki binanın sökülməsinin gündəmə gətirilməsi "Sovetski” əhalisinin ciddi narazılığına səbəb olmuş və bununla bağlı hökumətə müraciət edilmişdi.
Artıq həm sakinlərin, həm də şəhər ictimaiyyətinin müraciəti nəzərə alınıb. Bu müraciətə Yasamal Rayon İcra Hakimiyyətində baxılıb və nəticəsi barədə ictimaiyyətə məlumat verilib.

Məlumata görə, Milli Elmlər Akademiyası "Sovetski” ərazisində dövlət qeydiyyatında olmayan 18 yeni abidə aşkar edib. Mədəniyyət və Turizm Nazirliyinin təklifi əsasında həm yeni aşkar edilən, həm də buna qədər dövlət qeydiyyatında olan 95 yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsinin saxlanılmasına rəy verilib. Saxlanılan abidələrin siyahısına M.Muxtarov, 83 və M.F.Axundov, 103 saylı binalar da daxil edilib və mühafizəyə götürülüb.

Qeyd edək ki, M.Muxtarov küçəsindəki 83 saylı binada "Yuğ” Dövlət Teatrı fəaliyyət göstərib. İndiyədək bu tikilinin hamam binası olduğu bilinirdi. Əslində isə bu bina məscid üçün tikilib. Maraqlıdır ki, abidə Nazirlər Kabinetinin sözügedən siyahısına da hamam binası kimi daxil edilmişdi. Amma Milli Elmlər Akademiyasının son araşdırmaları nəticəsində bu səhv aradan qaldırılıb və tikili 3700 inventar nömrəsi ilə məscid binası kimi qeydiyyata alınıb.

Ümumiyyətlə bu binanın maraqlı tarixçəsi var. Binanın yaxınlığındakı çəkməçi köşkündə işləyən usta Qasım Qurbanov da öz bildiklərini əməkdaşımızla bölüşüb. Onun məlumatına görə, bu binanı sovet dövründə hamama çevirməkdə məqsəd məscidi qorumaq olub. Əhali binanın içində hovuz tikərək onun uçurulmasının qarşısını alıb. Usta Qasım bu gün isə ərazidəki bəzi memarlıq binalarının artıq söküldüyünü, qoruna bilmədiyi üçün üzüldüyünü də dilə gətirib. Deyib ki, ərazi hələ söküntüyə hazırlanarkən bura gələn bir əcnəbi turistin söküləcək binalara necə heyranlıqla tamaşa etdiyini, onların şəkillərini fotoaparatla çəkdiyini görüb. Əcnəbi bu binaların söküləcəyindən təəccüblənib, hətta ölkəsində belə binaların olmadığını söyləyib.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin müvafiq siyahısında haqqında bəhs etdiyimiz binanın 1888-ci ildə, qeyri-rəsmi məlumata görə isə 1885-ci ildə Hacı Fərəculla adlı şəxs tərəfindən məscid olaraq tikildiyi bildirilir. Yəqin mütəxəssislər bu məsələyə də dəqiqlik gətirərlər.

M.F.Axundov küçəsindəki 103 saylı binaya gəldikdə isə bu, köhnə Bakının ən məşhur hamamlarından biri - "Şor hamamı”dır. Sovet dövründə "Sovetski” sakinlərinin ehtiyaclarını ödəyən bu hamam, sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Bu binanın üzərindəki lövhədə onun 1889-cu ildə tikildiyi göstərilib. Sakinlərin sözlərinə görə, hamama bitişik 6 mərtəbəli mülk vaxtilə yüksək vəzifədə işləmiş bir məmura məxsus olub. Həmin şəxs mülkün ümumi görünüşü korlanmasın deyə, hamamın fasadını da təmir edib. Lakin sözügedən məmur mülkünü satdıqdan sonra hamamın təmiri tamamlanmayıb.

Qeyd etdiyimiz kimi, artıq bu tikilinin də saxlanılmasına rəy verilib və 3664 inventar nömrəsi ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi mühafizəyə götürülüb.

Foto: Elçin Məmmədov 
 











www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol