• $
  • €
  • ₽
  • ₺
  • £

Əməkdar artist: "190 manatla dolanıram"

Əməkdar artist: "190 manatla dolanıram"
04.05.2018 23:16
Əməkdar artist Arzu Hüseynov işsizdir.


Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bu barədə aktyor özü danışıb. O bildirib ki, bir neçə ildir 190 manat təqaüdlə dolanmaq məcburiyyətindədir:
"Heç yerdən təklif yoxdur. Gözümün birində problem olduğu üçün 190 manat təqaüd alıram. Elə o təqaüdlə dolanırıq. Vəziyyət çox pisdir. Əlavə gəlir yerim olmadığına görə təqaüdün ümidinə qalmışam".


Əməkdar artist onu da qeyd edib ki, ARB-də yayımlanan "Anam, bacım rus gəlin" serialına təsdiqlənsə də, son anda sponsor dəyişikliyi olduğu üçün başqa aktyor dəvət edilib:


"Rejissor Şəhriyar Zeyni məni rola təsdiqləmişdi. Sonradan sponsor dəyişikliyi oldu və onlar Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanovun çəkilməsini istədilər. Çox sevinclə, həyəcanla hazırlaşırdım. Çünki uzun fasilədən sonra çəkiliş meydançasına qayıdırdım. Ancaq çəkilməyəcəyimi öyrənəndə çox pis oldum, səhərə qədər yatmadım. Düşünürdüm ki, həm yeni rola çəkiləcəyəm, həm də müəyyən qədər qonorar alacağam".


Xatırladaq ki, Arzu Hüseynov mərhum əməkdar artist Sadıq Hüseynovun oğludur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol