• $
  • €
  • ₽
  • ₺
  • £

5 möhtəşəm kitab Azərbaycan dilinə tərcümə edildi!

5 möhtəşəm kitab Azərbaycan dilinə tərcümə edildi!
04.11.2014 13:34

Juan Rulfo “Pedro Paramo”

Ryūnosuke Akutagawa “Tanrıların istehzası”

Matilde Urrutia “Pablo Nerudayla yaşanan ömür”

Ernest Hemingway “Qadınsız kişilər” 

“Xilas yolunun yolçuları” 

Kitablar yaxın günlərdə “Tərcümə Mərkəzinin kitabları” seriyasında işıq üzü görəcək.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən AzərTAc-a bildirilib ki, Meksika yazıçısı Xuan Rulfonun 1955-ci ildə işıq üzü görən “Pedro Paramo” əsəri ispandilli ədəbiyyatın zirvələrindən sayılır. Yaşarın tərcüməsində təqdim edilən bu əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölüm arasında özünü tapmağa çalışır və axtara-axtara gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Digər bir kitab isə görkəmli yapon yazıçısı, çox qısa ömür yaşamış Akutaqava Rünoskenin “Tanrıların istehzası” adlanır. Rövşən Ramizoğlunun tərcüməsində təqdim olunan bu əsərin mövzusunu rəvayətlərdən, əfsanələrdən alan sənətkar dərin insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatını özünəməxsus tərzdə, yumşaq ironiya ilə açmağa çalışır.

Matilda Urrutianın xatirə kitabı isə “Pablo Nerudayla yaşanan ömür” adlanır. Matilda Urrutia Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın ömür-gün yoldaşı olub. Kitabı Azərbaycan dilinə yazıçı-tərcüməçi Yaşar çevirib.

Yazıçı-tərcüməçi Afaq Məsudun tərcüməsində təqdim edilən “Xilas yolunun yolçuları” kitabında bəhs olunan ilahi həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, damla-damla dərk olunması insanı çaşdıracaq dərəcədə möhtəşəmdir. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər insan və yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadır. 

Beşinci kitab isə XX əsrin görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin “Qadınsız kişilər” toplusu birinci və ikinci dünya müharibələri arasındakı mərhələni ehtiva edir. Tərcüməçisi Mahir N.Qarayev olan bu kitabda böyük sənətkarın “Qadınsız kişilər (hekayələr kitabı)”, “Ya var, ya yox” romanı, həmçinin Afrika mövzusunda yazdığı məşhur “Kilimancaro qarları” və “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” əsərləri daxil edilib.

Azadliq.org

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol