• $
  • €
  • ₽
  • ₺
  • £

"Həyatda görmədiyim dərd, yaşamadığım problem qalmayıb" - Kübra Əliyeva

"Həyatda görmədiyim dərd, yaşamadığım problem qalmayıb" - Kübra Əliyeva
29.05.2020 08:52


"Daim həkim nəzarətindəyəm. Ara-sıra müayinəyə gedirəm, lazım olanda ev şəraitində müalicə alıram",  bu sözləri əməkdar artist Kübra Əliyevanın milli.az-a müsahibəsi zamanı deyib. O, sənət üçün darıxdığını bildirib:
- Desəm ki, darıxmıram, yalan olar. Əlbəttə ki, darıxıram. İstər Musiqili Teatrda, istərsə də Akademik Milli Dram Teatrında ağır yüklü rollar oynamışam. Səhnəyə çıxanda dərd-qəmimi unudurdum. İndi o günləri yada salıb, böyük bir ah çəkirəm.

- Adətən sənətkar yaşa dolanda teatrı tərk edir. Amma sizdə tam əksinə oldu, teatrın sizə daha çox ehtiyacı olan vaxtda sənətdən getdiniz.

- Mən həmişə deyirdim ki, 60 yaşım olanda səhnədən gedəcəyəm. Bunu bütün sənət yoldaşlarım da bilirdi. Elə də oldu. Mən vaxtilə teatrda korifey sənətkarlarla çiyin-çiyinə çalışmışam. O sənətkarlar ki, səhnəyə çıxanda yer titrəyirdi. Onların itkisi də mənə çox pis təsir etdi. Sağıma baxdım gördüm ki, heç kim yoxdur, soluma baxdım gördüm ki, boşdur. Kiminlə oynayacaqdım? Ona görə də teatrı tərk etdim.

- Bir aktrisa kimi sizdən bu gün də filmlərimizdə istifadə edə bilərlər. Ümumiyyətlə film təklifləri olur?

- Yalan deyə bilmərəm ki, təkliflər yoxdur. Filmlərə dəvət edirlər, amma özüm getmirəm. Mənə nə qəfildən həyəcan, nə də gülüş olmaz. Bu səhhətimə pis təsir edir. Mənim üçün artıq o kitab bağlanıb. Verilişlərə dəvət edəndə seçim edib gedirəm. İstəyirəm həmişə xalqın yanında olum, onların çətin günlərində dərdlərinə şərik olum. Axı mən həmişə xalqın içində olmuşam.

- Kübra xanım, güclü qadınsınız?

REKLAM

facebook.com

Daha ətraflı


Native Video by Adributor




- Bəli, güclüyəm! Bu həyatı yaşayıb bura qədər gəlmişəmsə deməli güclüyəm.

- Yaşadığınız ömürdən razısınız?

- Əlbəttə razıyam, razı olmayıb nə edəcəyəm ki? Bu mənim alın yazımdır. Hər günümə şükür edirəm. Allah dərd verəndə dərman da verir. Dərdi də çəkmişəm, xoş gününü də yaşamışam.

- Bu fikir doğrudur ki, Allah sevdiyi bəndələrini həmişə sınağa çəkir?

- Bəli, mən buna inanıram. Neçə ildir ki, sınaqdayam. Allahıma heç vaxt demədim ki, məni niyə bu dərdə saldın? Heç vaxt üsyan etmədim.

- Övladlarınıza həm kişi olmusuz, həm də qadın. Bu çətindir?

- Bəli, çox çətindir. Amma mən bunu bacardım. Teatra işə düzələnə qədər balalarıma görə müraciət etmədiyim iş yeri qalmadı. Çünki həyatın yükü üstümdə idi.

- Həyatda nədən qorxursnuz?

- Daha heç nədən qorxmuram. Çünki həyatda görmədiyim dərd, yaşamadığım problem qalmayıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol