• $
  • €
  • ₽
  • ₺
  • £

Milli İncəsənət Muzeyində sərgi

Milli İncəsənət Muzeyində sərgi
24.09.2014 14:00
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın Azərbaycandakı Səfirliyi və Yaponiya Fondunun birgə təşəbbüsü ilə Toşusai Şarakunun yaradıcılığına həsr olunmuş "Şaraku Yaponiyanın müasir rəssamların interpretasiyasında" adlı sərgi keçirilir.ANN.Az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Yaponiya Fondu ənənəvi olaraq Yaponiya ilə digər ölkələr arasında ikitərəfli anlaşmanın dərinləşməsi məqsədilə, mədəniyyət sahəsində müxtəlif növ mübadilələrin təbliği ilə məşğul olur. Yaponiya Fondunun sərgi şöbəsi Vyana və San Paolo Biennalesi kimi beynəlxalq dərəcəli incəsənət sərgilərində Yaponiyanın iştirakı uğrunda çalışıb, xarici muzeylərlə əməkdaşlıq edərək Yaponiyanın keçmiş və indiki mədəniyyətini tərənnüm edən incəsənət sahələrini nümayiş edən yüksək səviyyəli sərgilərin təşkili üzərində, həmçinin Yaponiya incəsənəti və mədəniyyətinə aid kolleksiyalardan ibarət səyyar sərgilərin təşkili və tənzimlənməsi fəaliyyəti ilə məşğul olur. Səyyar sərgilərin proqramına çoxsaylı obyektlərin, şəkil, fotoların və eyni zamanda keramik qabların, yapon kuklalarının, ənənəvi oyuncaqların nümayişi daxildir.    Yaradıcılığı Edo dövrünə təsadüf edən ukiyo-e qravür janrının dahi rəssamı Toşusai Şaraku ənənəvi Yapon teatr sənəti kabuki və kyogen aktyorları, sumo döyüşçülərinin portretləri ilə şöhrət qazanmışdır. Onun yaratdığı portretlər öz universallığı ilə seçilir və hər portretdə təsvir olunan obrazın sərtliyi, obraza məxsus fərdi ifadə əks olunur. Təqdim edilən sərgi 3 hissədən ibarətdir "Şarakunun reproduksiyaları", "Şaraku qrafik incəsənətdə" və "Şarakuya ehtiram". Sərgi 28 yapon qrafik dizaynerin və 11 rəssamın, 200 il bundan əvvəl Edo şəhərində (indiki Tokio) fəaliyyət göstərən Şarakunun işləri üzərində keçirtdiyi bir sınaqdır. Bu işlərin hər biri çevik konsepsiya və ifadə gücü ilə seçilir. İştirakçı rəssamların rəsmlərin interpretasiyana göstərdiyi zəngin yanaşma və şəxsi yozma, nəinki avanqardlığın keyfiyyəti və ukiyo-e rəssamların cazibəsini təsdiqləyir, həmçinin ukiyo-e, qrafik dizayn və müasir incəsənət arasında yaranan maraqlı rezonansa işarə edir. Sərgidə Şarakunun davamçılarının sərbəst interpretasiyasında hazırlanmış 81 sayda poster, rəsm və iri-ölçülü sənət əsərləri nümayiş olunur. Sərgi 24.09.2014-cü il tarixində, saat 19.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında yerləşən binasında nümayiş etdirilir. Sərgi oktyabr ayının 12-dək davam edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol