• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan yazıçıları satın alır?

Ərdoğan yazıçıları satın alır?
13.09.2014 17:10

Türkiyədə hökumətin ədəbiyyata təxminən yarım milyon lirə yardım ayırması qalmaqal yaradıb.

Mədəniyyət və Turizm Nazirliyi 40 yazara ümumilikdə 463 min lirəlik (təxminən 200 min dollar) yardım ayırıb. Amma yardım ayrılan yazıçıların adını gizli saxlayıb.

Bu da yardımın məqsədi barədə suallar doğurub. Bəziləri bunu yeni seçilmiş prezident Recep Tayyip Erdogan-ın ədəbiyyat adamlarını satın almaq, hakim partiyanın  siyasətini dəstəkləyənləri mükafatlandırmaq cəhdi kimi qiymətləndiriblər.

Yardımın kimə verilməsini müəyyən edən qurumda təmsil olunduğu deyilən Basın Yayın Birliği-nin sədri Münir Üstün məsələyə belə münasibət bildirib:

“Dedikodusu yapılan işlerin açıklamasını gün gelir KURUMLAR yapar... YAŞASIN EDEBİYAT!”

Sosial mediadakı dartışmalar zamanı, hökumətdən dəstək aldığını etiraf edən ilk adam yazar Aykut Ertuğrul olub.

O, 11 min lirə yardım aldığını etiraf edərək deyib ki, nazirlik yazılacaq əsərlərin məzmununa qarışmır:

“Evet benimle aynı görüşte olmayanlar vardır. Ama ‘satılmakla’, ‘ihsan’ almakla, ‘ulufe’ (saray adamlarına verilən məvacib - red.) almakla itham edilmek sizce de biraz ağır değil mi? Peki ben ulufe aldım diyelim. O zaman sinema ve tiyatro eserlerine verilen destekler ne olacak? Onlar da ulufe mi aldı?”

Yazar Güray Süngü sosial mediada yazıb ki, nazirlik onun yazacağı romana 15 min lirə ödəyəcək:

"Çok mutluyum. Sonunda bizim ülkemizde de böyle şeylerin olduğunu görmek güzel”.

Ümumilikdə 4 yazar yardım alacağını etiraf edib.

Onların adları ötən ilin avqustunda "Times" qəzetində yayınlanan və Gezi Parkında hökumətə qarşı keçirilmiş etiraz aksiyalarını pisləyən elana imza atanlar arasında yer almışdı (Bu, elə həmin qəzetdə çap edilən və etirazları dəstəkləyən məşhurların imzaladığı elana cavab idi).

Yazıçı Latife Tekin sosial mediada yazarlara ayrılan vəsaitə rişxənd edib: “ATA uçağının İstanbul-Ankara yakıt parası (yanacaq xərci - red.) kadar, yani seçtikleri yazarlara biçtikleri değer...”

Necmiye Alpay isə məsələyə ritorik sualla münasibət bildirib: “Yazarlara ihsan mı dağıtılıyor, ne bu? Kim ne yapıyor?”

Yazar Oylum Yılmaz da qəzəbini gizlətməyib: “Bunun devlet destekli muhafazakâr edebiyat çalışması olduğunu hepimiz biliyoruz. Parası batsın, her şey çok çirkin”.

Oxu Zalı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol