• $
  • €
  • ₽
  • ₺
  • £

Brilliant Dadaşova bağ evini satıb? – “Xərci çoxdur”

Brilliant Dadaşova bağ evini satıb? – “Xərci çoxdur”
07.09.2019 01:28
Bu gün Xalq artisti Brilliant Dadaşovanın yeni bağ evi alması ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az-ın əməkdaşı B.Dadaşova ilə əlaqə saxlayıb.

Xalq artisti yeni bağ evi alması xəbərini təsdiqləməsə də, öz bağını satışa çıxardığını bildirib:

"Yeni bağ evi almamışam, sadəcə dəyişdirmişəm. Buzovnada yerləşən bağ evimi isə satışa çıxarmışam. Mənə yaxşılıq etmək istəyirsənsə, kömək elə, onu satım (gülür). Qoy satdığımı hamı bilsin, gəlib bağı yaxşı qiymətə alsınlar. Satılandan sonra isə yenisini alacağam. Mən istər yayda, istərsə də qışda bağda qalmağı çox sevirəm. Amma təəssüf ki, burada qışda qalmağa imkan və şərait yoxdur. Çünki qışda qalsam, astarı üzündən baha çıxacaq. O qədər maddi vəsait ayırmaq da istəmirəm. Bir sözlə, xərci çoxdur”.

B.Dadaşovanın Buzovnadakı bağ evini hansı qiymətə satmasına gəlincə, Xalq artisti zarafata salıb, suala cavabdan yayınıb:

"Almaq istəsən, zəng edərsən, qiyməti deyərəm”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol