• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyx Səfi kompleksi Ərdəbilin simvoludur

Şeyx Səfi kompleksi Ərdəbilin simvoludur
07.06.2014 10:23
Türbənin üzəri quran ayələri və Allah kəlmələrilə bəzədilib deyə, ona - "Allah-Allah" türbəsi də deyirlər

Şeyx Səfi kompleksini və ora daxil olan Şah İsmayıl məqbərəsini Ərdəbilin simvolu adlandırmaq olar. Çünki bu kompleks, həm memarlıq, həm də mənəvi dəyərinə görə hər bir azərbaycanlı üçün qiymətlidir. Kompleksin girişi gözəl bir mənzərəli parka açılır. Sufi ideoloqu Şeyx Səfiəddin və Şah İsmayıl Xətainin türbəsi yan-yana tikilib.Bələdçinin sözlərinə görə xanəgahın damı Şah Qacarın vaxtında uçulub. Digər hissələri isə qorunub saxlanılıb. Türbənin üzəri quran ayələri və Allah kəlmələrilə bəzədilib deyə, ona - "Allah-Allah" türbəsi də deyirlər. Girişdə Şah İsmayılın anası, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin qızı Aləmşahbəyim dəfn edilib.Türbənin içərisi daha möhtəşəmdir. Tavanda əl ilə işlənmiş xalça, sonradan isə bir ingilis tərəfindən alınaraq aparılıb və hazırda həmin əsər Viktoriyan muzeyində saxlanılır. Şah Təhmasibin dövründə divarlar qızıl suyuna çəkilib. Məqbərəni xarici qonaqlarla görüş otağına çevirən Şah Abbas isə ulu babası Şeyx Səfi və Şah İsmayılın məzar kompleksinə girişi gümüş suyu ilə boyatdırıb. Hazırda Şeyx Səfinin libası da bu məqbərədə saxlanılır.Səfəvilərin mənəvi atası sayılan Şeyx Səfinin qəbri də bu ərazidədir. Onun nəvəsi Şah İsmayıl Xətainin qəbri isə buradadır. Deyilənə görə, Şah İsmayılın qəbrinin üzəri fil dişlərindən düzəldilib. Şah İsmayıl və onun babasının qəbri möhtəşəmliyilə seçilir. Gənc yaşında taxta çıxan və böyük bir dövlət quran, milli kimliyimizin müəyyən edilməsindən böyük rolu olan Şah İsmayılın əzəməti qarşısında qürrələnməmək olmur. Onun zamanında 1500-cü illərdə Azərbaycan ərazisi bütöv, dövlət dili isə Azərbaycan türkcəsi olub. Türbənin divarında Şahın 5 barmaq əl izi var. Bu, həm də Səfəvilərin dövlət gerbi olub. 5 rəqəmi İslamda müqəddəs hesab edilib, rəvayətə görə Şah İsmayıl danışarkən əli öndə danışıb əmr verərmiş. Kompleksin həyətində köhnə şəhərin qalıqları mühafizə olunur. Şeyx Səfi xanəgahının bir hissəsi qəbiristanlıq ərazisidir, müxtəlif dövürlərdə şəhidləri burada dəfn ediblər, o cümlədən də Səfəvilər vaxtı Çaldıran döyüşündə şəhdi olanları bu, qəbiristanlıqda dəfn ediblər.Səfəvilər öz döyüşçülərini atının dərisinə bükülmüş halda dəfn edirlərmiş. Pəhləvilər zamanına qədər burada yerli sakinlər də ölülərini dəfn ediblər. Sonradan qəbiristanlıq köçürülərkən bəzi məzarlar dağılıb.ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol