• $
  • €
  • ₽
  • ₺
  • £

“Sarı gəlin”ə yeni nəfəs - Video

“Sarı gəlin”ə yeni nəfəs - Video
01.06.2021 17:28
"Boomerang Label” şirkətinin rəhbəri Nigar Məmmədovanın təşəbbüsü, Orxan Məmmədlinin ideya müəllifiliyi və rejissorluğu ilə  "Sarı gəlin” mahnısına yeni nəfəs verilib.

 "Sarı gəlin”in klipi Bənövşə Allahverdiyavanın ifasında qrafika əsasında özünəməxsus tərzdə hazırlanıb. Layihənin ideyası beş il əvvəl yaransa da, reallaşması zəfər tariximizin yaşandığı ilə təsadüf edib.

"Boomerang Label” şirkətinin reallaşdırdığı "Sarı gəlin” layihəsinin rəhbəri, baş prodüser və montaj rejissoru Nigar Məmmədova bu təşəbbüslə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib və birgə əməkdaşlıq nəticəsində "Sarı gəlin”in yeni tərzdə təqdimatı reallaşıb.

Klipdə şərqdə qadının gücü tərənnüm olunur. Göstərilir ki, türk soylarında savaşın ortasına atılan qadın örpəyi qanlı müharibəni dayandırır. Üz-üzə döyüşə girən əsgərlər örpəyini açıb ayaq altına atan qadına baxmamaq üçün üzlərini geri çevirir və beləliklə, savaş dayanır. 

Məzmunda Şirvanşahlar, Ağqoyunlu, Atropatena, Səfəvilər  dövlətinin güc simvolları, tarixi bayraqları yer alıb. Klipdə bütün Yaxın Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilən Azərbaycan dövlətçiliyinin ənənələri, vətən- torpaq bağlılığı əks olunur. 

Vizuallığı ilə də fərqli tərz sərgiləyən "Sarı gəlin” klipində müğənni Bənövşə Allahverdiyevanın geyimini Bakı Milli Geyim Evi təqdim edib. Klipdə rol alan aktyorların geyimi rəssam Rüfət Balakişiyevə, qrimi Aytən Hüseynzadəyə aiddir. Klipin VFX-i isə İlkin Eminova məxsusdur.

Qeyd edək ki, dünyanın sevərək dinlədiyi "Sarı gəlin”in  tarixi məzmunda təqdimatı yenilikdir. Dili olmayan musiqi bundan sonra mədəni irsimizi bir daha sərgiləyəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol