• $
  • €
  • ₽
  • ₺
  • £

Maestro Morrikone azərbaycanlı jurnalistlərlə görüşüb

Maestro Morrikone azərbaycanlı jurnalistlərlə görüşüb
29.05.2020 04:35
Azərbaycana gələn məşhur italiyalı bəstəkar və dirijor Ennio Morrikone mətbuat konfransı keçirib.APA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Fərəh Əliyeva bildirib ki, E. Morrikonenin Bakıda konsert proqramı ilə çıxış etməsi Azərbaycanın mədəni həyatı üçün əlamətdar hadisədir.Jurnalistlərin suallarını cavablandıran bəstəkar qeyd edib ki, Azərbaycanda konsert proqramı ilə çıxış etməkdən məmnundur: "Bakıda olmaq mənim üçün sevindirici hadisədir. İnanıram ki, sabahkı konserti uğurla başa vuracağıq və bizi dinləyənlər məmnun qalacaqlar. Ümumiyyətlə, bütün konsertlərim mənim üçün bir bayram olmaqla yanaşı, həm də narahatlıq və gərginlik deməkdir. Sabah eşidəcəyiniz musiqilər müxtəlif filmlərdə səsləndirilsə də, siz onları müstəqil musiqi nümunələri kimi qəbul edin". E. Morrikone APA-nın Azərbaycan musiqiləri və bəstəkarları ilə bağlı sualına cavab verərkən deyib ki, Azərbaycan musiqiləri regionun digər mədəniyyətlərinə də təsir edib: "Əlbəttə, mən dünyanın müxtəlif musiqilərinə və bəstəkarlarına qulaq asmışam və onların içində Azərbaycan musiqiləri də olub. Amma təəssüflə qeyd etmək istərdim ki, konkret nümunələr soruşsanız, mən çətinlik çəkəcəyəm.  Məlumatım var ki, sizin musiqi regionun digər musiqilərinin formalaşmasına təsir göstərib. Mən Azərbaycan musiqi alətlərini tanıyıram və deyə bilərəm ki, hansı alətdə hansı musiqini bəstələmək, ifa etmək olar". Qeyd edək ki, E. Morrikonenin yanvarın 25-də Heydər Əliyev Sarayında keçiriləcək konserti "Buta" İncəsənət Mərkəzi tərəfindən Mədəniyyət və Turizm Nazirliyi, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi və Fireland Vineyards və NAR Mobile şirkətinin sponsorluğu ilə təşkil olunacaq.  ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol