• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan folklorçuları ümumrusiya konqresində

Azərbaycan folklorçuları ümumrusiya konqresində
29.05.2020 04:36

Fevralın 3-dən 9-dək Moskvada Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə folklorçuların III Ümumrusiya konqresi keçiriləcək.

AMEA-nın Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil və mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy da bu konqresə dəvət olunublar.İnstitutun mətbuat xidmətindən AzərTAc-a verilən xəbərə görə ki, dünyanın bir sıra ölkələrindən folklorşünasların qatılacaqları mərasim üçün 400 alimin məruzəsi seçilərək konqresin proqramına daxil edilib.Proqramda Ağaverdi Xəlilin “Rus tarixi-filoloji məktəbi və Azərbaycan folklorşünaslığı”, Seyfəddin Rzasoyun “Azərbaycan eposu: tədqiqinin və müasir vəziyyətinin problemləri” mövzusunda məruzələri də əksini tapıb.Müvafiq konqres ilk dəfə 2006, ikincisi isə 2010-cu ildə keçirilib.Builki konqresdə “Folklor müasir informativ və mədəni məkanda” və “Folklorun tarixi və nəzəriyyəsi problemləri”, “Xalq bədii mədəniyyətinin öyrənilməsi və tədrisi problemləri” tematik bloklarında müvafiq mövzuların müzakirəsi nəzərdə tutulub.Konqres çərçivəsində, həmçinin folklorun və ənənəvi mədəniyyətin aktual problemlərinə dair “dəyirmi masa”ların, diskussiyaların, seminarların təşkili və məşhur xalq sənətkarlarının çıxışlarının dinlənilməsi planlaşdırılır.Konqres çərçivəsində Rusiya folklor kinosu festivalı keçiriləcək, folklor kollektivlərinin çıxışları olacaq, dekorativ-tətbiqi sənət əsərlərinin sərgisi, kitab yarmarkası və digər mədəni tədbirlər təşkil ediləcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol