• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev Mərkəzində "Qreys Kelli" sərgisi

Heydər Əliyev Mərkəzində "Qreys Kelli" sərgisi
01.07.2015 10:39
 Heydər Əliyev Mərkəzində "Qreys Kelli: şahzadə və stil ikonası" sərgisi davam edir. 

"Report" xəbər verir ki, sərgidə şahzadə Qreys Kellinin Monako knyazı III Renye ilə sevgi məktubları, 1955-ci ildə Kann Film Festivalında, eləcə də həmin tədbir çərçivəsində Monako knyazı III Renye ilə ilk görüşü zamanı geyindiyi libaslar və maraqlı tarixçəsi olan digər eksponatlar nümayiş olunur. 

İyunun 12-dən fəaliyyət göstərən sərginin rəsmi açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Monako knyazı, Qreys Kellinin oğlu 2-ci Alber iştirak edib. Noyabrın 1-dək davam edəcək sərgi qısa müddətdə yerli və xarici ziyarətçilərin marağına səbəb olub.

Xatırladaq ki, ekspozisiyada kinoulduz və şahzadə Qreys Kelliyə məxsus, onun həyatının müxtəlif dönəmlərində müxtəlif hadisələrlə bağlı olan 44 libas, zinət əşyaları, eləcə də onun aksessuarları - əlcək, şlyapa, eynək və çantaları sərgilənir.

Qreysin gəlinliyini "Oskar" mükafatı laureatı, dizayner Helen Rouz hazırlayıb. O, dünyanın ən bahalı libasları sırasındadır. Ziyarətçilər sərgidə, həmçinin Qreysin 1956-cı il aprelin 12-də Nyu-Yorkdan Monakoya gələrkən geyindiyi palto, 1981-ci ildə nikahlarının 25-ci ildönümü münasibətilə xüsusi portretin çəkilişi zamanı geyindiyi libasla da tanış ola bilərlər. Ümumiyyətlə, sərgidə nümayiş etdirilən eksponatlar Qreys Kellinin nağıllardakı kimi keçən ömrünü ziyarətçilərin gözləri qarşısında canlandırır.
Filmlərdə şahzadə obrazı yaradan və real həyatda şahzadəyə çevrilməsi ilə kino karyerası bitən Qreysin Hollivud fəaliyyəti ayrıca bölmədə təqdim olunur. Burada onun "Moqambo", "Ali cəmiyyət", "Oğrunu tutmalı" və "Qu quşu" və digər filmlərində geyindiyi libaslar və çəkiliş prosesi ilə bağlı maraqlı faktlar təqdim edilir. Onun 1955-ci ildə "Oskar" mükafatını aldığı gecə geyindiyi libas da nümayiş olunan eksponatlar sırasındadır. Qreys Kellinin bu paltarı "Oskar" tarixinin 10 ən yaxşı qadın geyimi siyahısına daxil edilib. Libası 8 dəfə "Oskar" mükafatına layiq görülən amerikalı kostyum dizayneri Edit Hed hazırlayıb.

Şahzadə "saç düzümünün sfinksi" adlandırılan Lui Aleksandr Raymonun 1957-ci ildə Parisdə açdığı salona ilk müraciət edən məşhurlardan olub. Dalğavari saç düzümü modeli Qreys Kellinin vizit kartlarından biri idi. Sərgidə Qreys Kellinin saç düzümünə dair 10 eskizlə də tanış olmaq mümkündür.
Şahzadənin övladlarını gəzintiyə aparmaq üçün tez-tez istifadə etdiyi "Austin Taxi" avtomobili isə ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim olunur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol