• $
  • €
  • ₽
  • ₺
  • £

"Tütək səsi"nin Cəbrayılı xəstəxanaya yerləşdirildi

"Tütək səsi"nin Cəbrayılı xəstəxanaya yerləşdirildi
24.07.2015 15:50
Rusiyanın görkəmli aktyoru, SSRİ və Moldovanın xalq artisti Mixay Volontir xəstəxanaya yerləşdirilib. 

"Report" xəbər verir ki, həkimlər xalq artistinin vəziyyətinin ağır olduğunu desələr də, vəziyyətin kritik olmadığını bildiriblər.

Həkimlər Mixay Volontirin ağır diabet xəstəsi olduğunu və bu səbəbdən də halının tez-tez pisləşdiyini deyiblər.

Aktyorun həyat yoldaşı jurnalistlərə açıqlamasında bildirib ki, Mixay Volontir uzun illərdir xəstədir və bir neçə dəfə müxtəlif əməliyyatlar keçirib.

Xatırladaq ki, Mixay Volontirin 81 yaşı var. Aktyor xəstə olmasına baxmayaraq, son günlərədək teatrda çalışmağa davam edib.

Mixay Volontir 1934-cü il martın 9-da Moldovada anadan olub. O, son illər onkoloji xəstəlikdən əziyyət çəkir.
2000-ci ildə Mixay Volontiri Moldovada "XX əsrin ən yaxşı aktyoru" adlandırıblar.

Aktyora uğur gətirən rolu "Qaraçı" filmində ifa etdiyi Budulay obrazı olub.

Azərbaycan tamaşaçıları Mixay Volontiri rejissor Rasim Ocaqovun çəkdiyi "Tütək səsi" filmindən tanıyıb seviblər. Mixay Volontir həmin filmdə Cəbrayıl rolunu ifa edib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol