• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur aktyor tanınmaz hala düşdü

Məşhur aktyor tanınmaz hala düşdü
03.08.2015 11:29
Bu ilin ən gözlənilən kriminal dramı "Qara messa” (ing. Black Mass) sentyabr ayında təqdim olunacaq. 

ANS PRESS-in məlumatına görə, Skot Kuper filmdə əla aktyor kadrı yığıb. 

Belə ki, baş rollarda Coni Dep, Kevin Beykon, Benedikt Kamberbetç, Coel Edgerton və Sienna Miller 1970-1980-ci illəri özündə əks etdirən filmdəki personajları bacarıqla canlandıra biliblər. 

Film real hadisələr əsasında çəkilib. Sujet xəttinin mərkəzində irlandiyalı qanqster Vayt Balcerin həyatı yer alıb. Polisi və FTB agentlərini barmağına fırlayan eləcə də toxunulmazlığı naminə onlara məlumat ötürən Balcer həyat prinsiplərinə məhəl qoymayan, qəddar bir qanqsterdir. Filmin ssenarisi Dik Leri və Cerard Onilin 2001-ci ildə işıq üzü görən «Black Mass: The True Story of an Unholy Alliance Between the FBI and the Irish Mob» kriminal romanı əsasında yazılıb. 

Qeyd edək ki, Vayt Balcer Boston tarixinin ən qəddar cinayətkarlarındandır. O yerli senatorun qardaşı və "Winter Hill” kriminal qruplaşmasının başçısı olub. Qanlı cinayətlər silsiləsindən sonra o FTB-yə məlumat ötürməklə məşğul olur. Bu uzun müddət törətdiyi cinayətlərə baxmayaraq onun toxunulmazlığına kömək etmiş olur. Onun ərazisində fəaliyyət göstərən mafiya klanına qarşı kompramat toplamaq üçün Balcer düz 30 il ərzində FTB-ylə əməkdaşlıq edib. 

Vayt Balcer yalnız 2011-ci ilin iyununda həbs olunur. 2013-cü ilin avqustunda Baycer on bir qətl və FTB-yə informator işləyən zaman törətdiyi onlarla digər cinayətlərə görə məhkəmə tərəfindən təqsirli bilinib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mədəniyyət 08:44
Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Mədəniyyət 23:31
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət 21:56
Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açılıb
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət 21:34
Mədəniyyət Nazirliyi Zaur Rzayevin vəfatı ilə bağlı nekroloq yayıb
Zaur Rzayev vəfat edib
Mədəniyyət 18:55
Zaur Rzayev vəfat edib
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Mədəniyyət 13:02
Azərbaycanda mədəni və yaradıcı sənayelərin ÜDM-də payı 1%-ə çatıb
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Mədəniyyət 15:43
Hacıyev Yaponiya ilə qarşılıqlı vizasız rejimin yaradılmasını təklif edib
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Mədəniyyət 09:58
Kinoteatrlarda nümayiş olunan milli filmlərin sayı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol