Kunq Fu Federasiyasında yeni - TƏYİNATLAR

16:30 | 02.05.2018
Kunq Fu Federasiyasında yeni - TƏYİNATLAR

Kunq Fu Federasiyasında yeni - TƏYİNATLAR

Mayın 2-də Azərbaycan Kunq Fu Federasiyasının idarə heyətinin iclası keçirilib. 

Anews.az xəbər verir ki, federasiyanın prezidenti Nurlan Aslanov iclası açıq elan etdikdən İdarə Heyətinin qərarı ilə bir sıra vəzifələrə təyinatlar olub, yeni tərkib formalaşıb. 

Belə ki, kikboksinq üzrə beş qat dünya çempionu, prezident mükafatçısı, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident, dünya və Avropa çempionu, prezident mükafatçısı, əməkdar idman ustası Emil Hacıyev peşəkarlar üzrə baş məşqçi, böyüklər üzrə baş məşqçi, dünya və Avropa çempionu, əməkdar idman ustası Ramin Allahverdiyev, gənclərin baş məşqçisi dünya çempionatının mükafatçısı, idman ustası Aqil Mustafayev, mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova  təyin olunub. 

Yeniyetmələrin baş məqçiliyi isə dünya çempionu, idman ustası Ellər Orucova həvalə edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM