Lavrov Bayramov və Mirzoyanın üçtərəfli görüşü gözlənilir

14:21 | 09.02.2023
Lavrov Bayramov və Mirzoyanın üçtərəfli görüşü gözlənilir

Lavrov Bayramov və Mirzoyanın üçtərəfli görüşü gözlənilir

Regionda vəziyyəti sabitləşdirmək məqsədilə Rusiya, Ermənistan və Azərbaycan xarici işlər qurumlarının rəhbərləri Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün keçirilməsi ideyası üzərində iş aparılır. Bu barədə cümə axşamı xarici işlər nazirinin müavini Sergey Ryabkov mətbuat konfransında bildirib.


"Bu məsələ üzərində iş gedir. Biz bu ideyadan vaz keçmirik. Biz platformalar və sabitləşməyə doğru gələcək hərəkət formatı baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik", - nazir müavini deyib. 


Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin əvvəlki görüşü 2022-ci ilin oktyabrında Astanada baş tutub. 2022-ci ilin dekabrında Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə danışıqlarda Moskvada növbəti üçtərəfli görüşü təşkil etməyə və keçirməyə hazır olduğunu təsdiqləyib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb