Lavrov Kerrini mədəniyyətsiz adlandırdı

15:16 | 25.04.2014
Lavrov Kerrini mədəniyyətsiz adlandırdı

Lavrov Kerrini mədəniyyətsiz adlandırdı

Rusia Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerrini "Russia Today" telekanalı haqqında fikirlərini mədəniyyətsizlik adlandırıb. ANS PRESS-in məlumatına görə, Lavrov bu barədə MDB ölkələrinin gənc diplomatlarının forumunda çıxışında bildirib. Kerrinin "Russia Today" kanalını Putinin təbliğatçılıq maşını adlandırmasına Lavrov sərt reaksiya verib. O qeyd edib ki, Kerri "Russia Today" telekanalı barəsində qəbuledilməz bəyanat verib. "Russia Today ABŞ-da, və Qərbi Avropada böyük auditoriyanı fəth edib. Biz bu müstəqil alternativ nöqteyi-nəzəri fəal dəstəkləyəcəyik". Xatırladaq ki, ötən gün ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda mətbuat konfranında çıxış edərək "Russia Today" telekanalını Rusiyanın təbliğat maşını adlandırıb. Dövlət departamentinin başçısının sözlərinə görə, telekanal Rusiya prezidenti Vladimir Putinin dünyada rolu haqqında fantaziyasının irəliləyişi üçün yaradılıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb