Lavrov separatçılara səsləndi

16:11 | 01.05.2014
Lavrov separatçılara səsləndi

Lavrov separatçılara səsləndi

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ukraynanın Slovyansk şəhərində Rusiya-yönümlü separatçılar tərəfindən girov götürülmüş ATƏT müşahidəçilərinin azad edilməsinə çağırıb. Peruya səfəri zamanı bu barədə danışan Lavrov, Kiyev rəhbərliyini də bu məsələdə hərəkətə keçməyə səsləyib. "Biz müşahidəçilərin azad edilməsinə çağırırıq, lakin biz "xalq üsyanı"na görə qərar verə bilmərik. Bu insanlar daim Kiyevdən səslənən hədə-qorxu ilə üz-üzədir, Kiyev onlara qarşı ordu qüvvələrindən, zirehli texnikadan istifadə ediləcəyini bəyan edir, bunu ekstremistlərdən gələn təhlükə ilə əsaslandırır" - Rusiyanın xarici işlər naziri Serqey Lavrov belə deyib. Lavrov həmçinin vurğulayıb ki, Rusiya Ukrayna rəhbərliyi ilə onların ölkənin digər regionlarındakı rəqibləri arasında dialoqun ATƏT bayrağı altında başladıla biləcəyinə inanır.//Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti