Lənkəranda kitab sərgisi - FOTO

12:54 | 25.04.2014
Lənkəranda kitab sərgisi - FOTO

Lənkəranda kitab sərgisi - FOTO

Ötən gün Lənkəran şəhərində, Qala Xiyabanında kitab sərgisi keçirilib. 
Tanınmış gənc yazar, Yeni Nəfəs Hərəkatı İdarə Heyətinin üzvü Rüfət Əhmədzadənin ANN.Az-a verdiyi məlumata görə, sərgi "Secret" Kitab Evinin təşkilatçılığı ilə keçirilib. Sərgidə yerli yazarlar Cavidan, Sevinc Elsevər, Furqan Sadiq, Ağamir Cavad və Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri İltifat Saleh də iştirak ediblər. 
Qeyd edək ki, kitab sərgisi Tural İsayev və Cavid Nəsirzadənin təşkilatçılığı,Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Sərgidə Azərbaycan, rus, türk və ingilis dillərində olan yüzlərlə adda 3 minə yaxın kitab oxuculara təqdim olunub.
Seymur
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb